• $
  • €
  • ₽
  • ₺
  • £

Obama: Putin tamamən axmaq deyil

Obama: Putin tamamən axmaq deyil
11.03.2016 13:28
"O, heç bir zaman məni iki saat gözləməyə məcbur etmir”.

ABŞ prezidenti Barak Obama hesab edir ki, Rusiya prezidenti Vladimir Putin "tamamən axmaq deyil” (not completely stupid), belə ki, Amerika ilə işlə daima maraqlanır.

Oxu.Az xəbər verir ki, o, bu barədə "The Atlantic” nəşrinə verdiyi müsahibəsində bildirib, 112.ua yazır.

Düzünü desəm, Putin bizim görüşlərimizdə çöx nəzakətli və açıq sözlüdür. Görüşlərimiz işgüzar xarakter daşıyır. Digərləri kimi o, heç bir zaman məni iki saat gözləməyə məcbur etmir”, - Obama deyib.

Bununla yanaşı, ABŞ prezidenti əlavə edib ki, Putin ABŞ ilə münasibətlərinin amerikalıların düşündüyündən daha mühüm olduğunu hesab edir.

"O daima həmkarımız kimi bizimlə necə işləmək lazım olduğu ilə maraqlanır, çünki tamamən axmaq deyil (not completely stupid). O anlayır ki, Rusiyanın dünyada ümumi mövqeyi yetərincə azalıb. Və onun Krıma müdaxilə etməsi və ya Əsədi dəstəkləməsi faktı, onu gözlənilmədən oyunçu etmir”, - ABŞ lideri bildirib.

Amerikalı liderin fikrincə, Putin Ukrayna ilə qəddarcasına davranıb. Belə ki, o, Rusiyanın caynağından "çıxmağa çalışan müştəri ölkə idi”.

Obama qeyd edib ki, ABŞ-ın nə etməsindən asılı olmayaraq, "NATO-nun üzv ölkəsi olmayan Ukrayna Rusiyanın hərbi dominantlığı qarşısında zəif olacaq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol