• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Amerikanı iğtişaşla hədələyir

Tramp Amerikanı iğtişaşla hədələyir
17.03.2016 12:16
Prezidentliyə namizədlik uğrunda mübarizə aparan milyarder deyib ki, onun nominasiyasının qarşısı alınarsa, Birləşmiş Ştatları kütləvi iğtişaşlar bürüyə bilər

Respulikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizə aparan milyarder deyib ki, onun nominasiyasının qarşısı alınarsa, Birləşmiş Ştatları kütləvi iğtişaşlar bürüyə bilər.

Reuters agentliyinin siyasi təhlilçiləri yazırlar ki, Donald Trump bu bəyanatı ilə Ağ Ev uğrunda mübarizənin hərarətini bir az da artırıb.

Nyu York biznesmeni Trump ötən çərşənbə axşamı Florida, İllinoys, Missuri və Şimali Karolinada keçirilən praymerilərdə qalib gələrək rəqiblərindən birini – Marko Rubio-nu yarışdan çıxarıb və nominasiya üçün lazım olan 1237 seçki müvəkkili əldə etmək hədəfinə bir qədər də yaxınlaşıb.

Lakin Trump bu yarışda onun üçün həlledici əhəmiyyəti olan Ohayo ştatında məğlub olub və onun namizədliyini istəməyən partiyadaşlarının sıralarında canlanma yaradıb.

Yenə də Ohayoda

Bu məğlubiyyət üzündən indi Trump iyul ayında keçiriləcək respublikaçılar konventinə qədər ona şəriksiz namizəd olmaq üçün gərəkli səsləri toplamaya bilər. Konvent elə həmin Ohayoda keçiriləcək.

Lakin CNN telekanalına müsahibədə Trump deyib ki, partiyası lazımi sayda seçki müvəkkili toplaya bilmədiyi halda da onun namizədliyinə mane olmamalıdır.

"Sizi iğtişaşlar gözləyir, düşünürəm ki, sizləri iğtişaşlar gözləyir. Mən çox, çox milyonlarla adamı təmsil edirəm” – deyib Trump.

Respublikaçıların namizədlik yarışı ətrafında üzləşdikləri vurnuxmadan fərqli olaraq, demokratların düşərgəsində Hillary Clinton, deyəsən öz partiyasının mübahisəsiz namizədinə çevrilməkdədir.

Respublikaçılar narahatdırlar ki, Trump onların namizədi olarsa, prezident seçkisində xanım Clinton-a uduza bilər. İndiyədək keçirilimiş partiyalararası rəy sorğuları həqiqətən də keçmiş dövlət katibinin Trump-dan daha çox dəstəyə malik olduğunu göstərir.

Respublikaçıların fikrincə, Donald Trump özünün "açıq-saçıq, qaba və məsuliyyətsiz” bəyanatları ilə partiyasının qələbə şanslarını azaldır.

"Mənim siyasi müşavirim özüməm”

Bununla belə, respublikaçılar Donald Trump-ın iğtişaş hədələrinə çox da əhəmiyyət vermədiklərini göstərmək istəyirlər.

"Birincisi, o məcazi danışıb. Konventə gəlincə isə, orada kimin 1237 müvəkkili olsa, nominsasiya ediləcək. Bu çox bəsit və sadədir” – deyib Respublikaçılar Milli Komitəsinin sözçüsü Sean Spicer CNN-ə.

Donald Trump-ın mitinqlərində baş vermis son zorakılıqlar demokrat prezident Barack Obama-nın, habelə əsas respublikaçı siyasi fiqurların narahatlıq ifadə edən bəyanatlarla çıxış etmələrinə səbəb olub.

Təhlilçilər bildirirlər ki, keçmiş teleşou ulduzu Trump-ın son bəyanatları ondan bədgüman olanların nigarançılığını daha da artıracaq.

Trump deyib ki, prezident olarsa, onun xarici siyasət məsələləri üzrə müşaviri elə özü olacaq.

"Birincisi, mən özümlə danışıram, çünki yaxşı beynim var, - deyib milyarder MSNBC-nin "Morning Joe" şousunda, - Bilirsiniz, mənim birinci məsləhətçim elə özüməm”.

"At alveri”

ABŞ analitikləri deyirlər ki, hazırkı praymerilər elektoratın Respublikaçılar Partiasının Mitt Romney və John McCain kimi mötədil nümayəndələrindən üz çevirdiyini göstərir.

Hazırda namizədlik yarışında Trump-a ən yaxın rəqibi texaslı senator Ted Cruz-dur. O özünü hətta partiya rəhbərliyi ilə hər şeydə razılaşmayan mühafizəkar kimi təqdim edir.

O da xəbərdarlıq edib ki, prezidentliyə namizədin Respublikaçılar Partiyasının konventində müəyyən edilməsinə cəmiyyətdən çox ciddi reaksiyalar ola bilər.

"Bu, tam bir fəlakət olardı. Adamlar haqlı olaraq qiyam edərdilər” – deyib Cruz CNN-ə.

Reuters yazır ki, namizədlərdən heç biri kifayət qədər seçki müvəkkili yığa bilməsə, onda partiya konventi və ya qurultayı öz namizədini seçməli olacaq. Təhlilçilər bu prosesin ingilis dilində çətin sövdələşmə mənasında işlədilən "at alveri” (horse trading) olacağına inanırlar.

Bəlkə də artıq gecdir

Təhlilçilər bunu da qeyd edirlər ki, ola bilsin, Respublikaçılar Partiyasının Trump-ı dayandırmaq planı artıq gecikib, çünki meydanda cəmi üç oyunçu qalıb və 69 yaşlı Trump, 45 yaşlı Cruz-dan və 63 yaşlı Ohayo qubernatoru Kasich-dən çox irəlidədir.

Keçmiş investisiya bankiri John Kasich partiya mötədillərinin son nümayəndəsidir, lakin hələlik yalnız özünün doğma Ohayo ştatında qalib gələ bilib.

İndi Trump-ın vəzifəsi təxminən 1100 seçki nümayəndəsinin 55 faizini toplamaq olacaq. Reuters yazır ki, bu, heç də icrası mümkün olmayan vəzifə deyil.

Respublikaçı strateq Ron Bonjean deyib ki, Trump-ı bloklamaq partiya üçün o qədər də asan olmayacaq.

"Mübahisəli konventə o vaxt haqq qazandırıla bilər ki, Trump iyula qədər müvəkkilərin yalnız 35-40 faizinə malik olsun. Lakin onun seçki nümayəndələrinin sayı çoxluğa yaxın olsa, onu seçiciləri ciddi şəkildə hiddətləndirmədən, səhnəarxası sövdələşmələrlə dayandırmaq siyasi baxımdan çətin olacaq” - deyib Bonjean.

Hazırda Trump-ın 673, Ted Cruz-un 411, Kasich-in 143 seçki nümayəndəsi var. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol