Medvedyev Ermənistana gedir

"Səfər qaz tədarükünə dair məsələlərin müzakirəsi üçün imkan yaradacaq”.
Rusiya hökumətinin rəhbəri Dmitri Medvedyev aprelin 7-də Ermənistana səfər edəcək.
Oxu.Az "Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın baş naziri Ovik Abramayan bildirib.
Onun sözlərinə görə, aprelin 8-də İrəvanda Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinin baş nazirlərinin görüşü keçiriləcək.
O.Abramyan qeyd edib ki, bundan başqa, səfər qaz tədarükünə dair məsələlərin müzakirəsi üçün imkan yaradacaq.
"Bu məsələ Avropa İttifaqı çərçivəsində də müzakirə edilir. Adıçəkilən görüşdə bu məsələni müzakirə edəcəyik və cavab alacağıq”, - O.Abramyan deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















