• $
  • €
  • ₽
  • ₺
  • £

İspaniyadan müsəlmanlara jest

İspaniyadan müsəlmanlara jest
18.03.2016 12:17
Müsəlmanlara münasibətin birmənalı olmadığı bir dövrdə Avropanın ən böyük dövlətlərindən biri olan İspaniya jest edib.
 
ANS PRESS-in məlumatına görə, Madrid bələdiyyəsi Ramazan ayında keçiriləcək tədbirlər üçün büdcəsindən vəsait ayırıb. Bu vəsait 150 min avro civarındadır.

İspaniyanın 3-cü böyük siyasi partiyası solçu "Podemos"un Madriddəki qolu "Ahora Madrid" partiyasının rəhbərlik etdiyi bələdiyyə müsəlmanlar üçün büdcə ayıraraq bir ilkə imza atıb.

Lakin bu qərar heç də birmənalı qarşılanmayıb. Mühafizəkar katoliklərin sərt reaksiyasına səbəb olub. Bəzi qəzetlər isə xristianlar üçün böyük önəm daşıyan Pasxa bayramı üçün eyni bələdiyyənin 178 min avro ayırdığını xatırladıb. Onlar Çin yeni ili, Ramazan və Pasxaya, demək olar ki, eyni miqdarda büdcə ayrılmasına etiraz ediblər.

ABC qəzetinin məlumatına görə, önəmli turizm məkanlarından biri olan Madriddə 278 906 müsəlman yaşayır. Çinlilərin sayı isə 49 831 nəfərdir. Qəzet bələdiyyənin bu qərarını "Madrid bələdiyyəsi Manuela Karmena çinlilərə 3 avro, müsəlmanlara 50 sent, katoliklərə isə 5 sent verir" formasında verib.

Avropada müsəlmanlara qarşı münasibət ötən ilin noyabr ayında Fransanın paytaxtı Parisdə baş verən terror hadisəsindən sonra daha da pisləşmişdi. Terror aktı noyabrın 13-də baş verib. Bir-birinin ardınca törədilən terror aktlarından ən böyüyü "Bataclan” konsert salonunda və Fransa-Almaniya arasında futbol matçı keçirilən stadionun yaxınlığında baş verib. Terror aktları nəticəsində 132 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. Parisdə törədilən terror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol