• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Krımın işğalını pislədi

Azərbaycan Krımın işğalını pislədi
18.03.2016 22:12
Azərbaycanın BMT-dəki heyəti Krımın işğalını növbəti dəfə pisləyib.

Oxu.Az BMT-nin xəbər mərkəzinə istinadən bildirir ki, bu, BMT-nin Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünə dair qətnamənin ikinci ildönümünə həsr edilmiş "dəyirmi masa”da baş verib.

Məlumata görə, iclasda əsasən ABŞ, Fransa, Almaniya, Polşa, Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Moldovanın BMT-dəki daimi nümayəndələri çıxış edib. Onların hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Krım yarımadasının işğalını pisləyib.

Xatırladaq ki, BMT-nin Baş Assambleyasının qətnaməsi 2014-cü ilin mart ayının 27-də qəbul edilib. Onun həmmüəllifləri kimi 50-dən çox dövlət çıxış edib və BMT-nin 100 üzv ölkəsi dəstəkləyib. Qətnamənin əleyhinə 11 dövlət, o cümlədən Ermənistan, Belarus və Rusiya çıxış edib. Daha 58 heyət isə Çin də daxil olmaqla bitərəf qalıb.

Qətnamədə ölkələrə Krım və Sevastopol Muxtar Vilayətinin statusunda istənilən dəyişikliyi tanımamağa çağırış və statusun dəyişməsini tanımaq kimi qələmə veriləcək hərəkətlərdən çəkinməyə çağırılır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol