• $
  • €
  • ₽
  • ₺
  • £

Paris terrorçusu tutuldu

Paris terrorçusu tutuldu
19.03.2016 17:47
Salah Abdeslam Brüsseldə keçirilən əməliyyat zamanı yaralı olaraq ələ keçirilib.
 
 
 

Salah Abdeslam - Paris terrorunun təşkilatçısı

Ötən ilin sonunda Fransanın paytaxtı Parisi qana bulayan terror hadisənin əsas şübhəlisi yaxalanıb. ANS PRESS-in məlumatına görə, terror aktının təşkilatçısı olduğu deyilən Salah Abdeslam Brüsseldə keçirilən əməliyyat zamanı yaralı olaraq ələ keçirilib. Onun ələ keçirildiyi ərazi bir neçə gün öncə Avropa İttifaqının sammitinin keçirildiyi məkandan bir neçə km aralıdır. 

Abdeslamdan başqa əməliyyat zamanı daha 4 nəfər yaxalanıb. 26 yaşlı Salah Abdeslamla saxlanılanların da Paris terroru ilə əlaqəsi olduğu ehtimal edilir. 

ANS PRESS-in "Euronews"a istinadla verdiyi məlumata görə, onun Fransaya ekstradisiyası gözlənilir. Fransa prezidenti Fransua Olland ən qısa zamanda Belçikaya onun verilməsi barədə sorğu göndəriləcəyini deyib. "Əminəm ki, Belçika bu məsələyə tez reaksiya verəcək". 

Belçikanın paytaxtı Brüsseldə terrorçuların axtarışı zamanı aparılan əməliyyatda dörd polis yaralanıb. Əməliyyat ötən gün olsa da əsas terrorçunun adı bu gün bəlli olub. 

Fransada terror hadisəsi ötən ilin noyabr ayının 13-də baş verib. Bir-birinin ardınca törədilən terror aktlarından ən böyüyü "Bataclan” konsert salonunda və Fransa-Almaniya arasında futbol matçı keçirilən stadionun yaxınlığında baş verib. Terror aktları nəticəsində 132 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol