• $
  • €
  • ₽
  • ₺
  • £

"Anti-terror əməliyyatları: Belçikada 6, Parisdə 1, Düsseldorfda 1 nəfər saxlanıldı" - FOTOLAR+YENİLƏNİB
"Anti-terror əməliyyatları: Belçikada 6, Parisdə 1, Düsseldorfda 1 nəfər saxlanıldı" - FOTOLAR+YENİLƏNİB</font"
25.03.2016 17:15
Brüsseldə törədilmiş terror aktları ilə əlaqəsi olduğu iddia edilən daha bir nəfər Almaniyanın Düsseldorf şəhərində saxlanılıb.
 
"Report" Almaniyanın "Şpiqel" nəşrinə istinadən xəbər verir ki, Samir E. adlı həmin şəxs Brüsseldə hava limanı və metro stansiyalarında terror aktları törədən terrorçu kamikadzelərdən biri olan İbrahim el-Bakraoui ilə birlikdə ötən il Türkiyədən deportasiya olunmuşdu.

*** 13:12

Brüsseldə törədilmiş terror aktları və yeni terror aktı ehtimalı ilə bağlı polisin Avropa üzrə silsilə anti-terror əməliyyatları çərçivəsində Belçikada 6 nəfər, Parisdə isə 1 nəfər saxlanılıb.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Polisin Brüsselin Sxarbek və Jet məhəllələrinə basqını zamanı Brüsseldə hava limanı və metrodakı terror aktları ilə əlaqəsi olmaqda şübhəli bilinən 6 nəfər tutulub.

Bundan başqa, anti-terror əməliyyatı zamanı Parisin şimalında yeləşən Arjantyey ərazisində terror hücumu törətməyi planlaşdıran bir nəfər də saxlanılıb. 

*** 12:01

Brüsseldə polis qüvvələri çərşəndə axşamı hava limanı və metroda baş verən terror aktlarından sonra 6 nəfəri həbs edib.

"Report" bu barədə "The Guardian"a istinadən xəbər verir.

Prokurorların sübutu hücumların noyabrda Parisdə qırğın törədən İslam Dövləti şəbəkəsi tərəfindən həyata keçirildiyi yöndədir və iki şübhəlinin hələ də qaçdığına inanılır. Cümə axşamı polis Brüssel ətrafında bir neçə reyd keçirib.

Dövlət yayımçısı olan RTBF-nin polisdəki mənbələrə istinadən verdiyi xəbərə görə, 31 nəfərin ölümü və 300-dən çox şəxsin yaralanmasında iştirak etməkdə şübhəli bilinənləri hədəf alan və axşam saat 9:00-dan sonra başlayan əməliyyata xüsusi silahlı komanda, zirehli maşınlar və helipokter cəlb olunub.

Federal prokurorlar Brüsselin mərkəzində saxlanılnış 3 nəfər də daxil olmaqla, şəxsiyyəti müəyyənləşdirilməmiş 6 nəfərin həbs olunduğunu təsdiq edib.
Digər iki şəxs Belçikanın paytaxtında və bir şəxs isə şəhərin kənarında yerləşən Jetdə həbs olunub.
 




Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran səfiri Küveyt XİN-ə çağırılıb
Dünya 20:06
İran səfiri Küveyt XİN-ə çağırılıb
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 18:42
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Dağıstanda iki sabiq nazir saxlanılıb
Dünya 13:56
Dağıstanda iki sabiq nazir saxlanılıb
“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident: polis azarkeşlərə müdaxilə edib
Dünya 22:40
“Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında insident: polis azarkeşlərə müdaxilə edib
“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub
Dünya 22:11
“Caribbean Princess” kruiz gəmisində 268 nəfər norovirusa yoluxub
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Dünya 18:55
Estoniya xarici işlər naziri Bakıya səfər edəcək
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Dünya 18:36
Küveytdə PUA hücumunda 2 İtaliya vətəndaşı həlak olub
Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Dünya 18:06
Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək
Serbiyada növbədənkənar prezident seçkilərinin tarixi bilinib
Dünya 15:59
Serbiyada növbədənkənar prezident seçkilərinin tarixi bilinib

Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol