• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur xəbər agentliyi nasistlərlə əməkdaşlıq edib?

Məşhur xəbər agentliyi nasistlərlə əməkdaşlıq edib?
31.03.2016 15:53
«The Associated Press» (AP) agentliyi 1930-cu illərdə nasist partiyası ilə sövdələşib, Adolf Hitler rejiminin təbliğatını aparıb». Bu eksklüziv materialı çərşənbə günü «The Guardian» qəzeti yayıb.

«Newsweek» bildirir ki, AP-nin nasist rejiminə münasibəti barədə məlumatı, əslində, bir alim açıqlayıb. Tarixçi Harriet Scharnberg bir elmi jurnalda yazıb ki, AP nasist rejimi ilə qarşılıqlı faydalı əməkdaşlığa gedib. Scharnbergalman tarixçisidir. Onun yazdığına görə, AP-nin nasist partiyasına yanaşma tərzi Hitler rejiminə «məhvedici savaşı adi müharibə kimi qələmə vermək» imkanı yaradıb.

Nyu-Yorkda 1846-cı ilin mayında yaradılan AP Hitler hakimiyyəti dönəmində Almaniyada fəaliyyət göstərən yeganə qərb xəbər mediası olub. 1930-cu illərdə «The Guardian» da Almaniyada qadağan edilmişdi. Qəzetin yazdığına görə, AP «redaktor qanunu» adlanan «Schriftleitergesetz»i imzalayıbmış. Yəni agentlik ölkə daxilində və xaricdə Reyxin gücünü sarsıdacaq heç nə dərc etməməyə boyun olubmuş. Qanun baxımından AP nasist partiyasının üzvü olan reportyor və fotoqrafları işə götürməliydi. Nasistlər agentliyin fotolarından təbliğat məqsədi ilə yararlanırmışlar. Bu bir yana, nasistlərin «ABŞ-da yəhudilər» adlı bukletinin üz qabığında da AP-nin fotosundan istifadə olunub.

AP çərşənbə günü bəyanat yayaraq bildirib ki, öz arxivindəki xeyli materialı tarixçinin xahişi ilə onunla paylaşıb. «İkinci Dünya müharibəsi vaxtı agentlikdə çalışan əməkdaşlar barədə məlumat da verilib», - bəyanatda belə deyilir. AP bildirir ki, məqalədə agentliyə bəlli olmayan mənbələrdən də istifadə edilib və agentlik həmin dövrün doğru anlaşılmasından ötrü sənədləri gözdən keçirir.

Sözügedən xəbər agentliyi bir neçə il öncə Şimali Koreya hökuməti ilə də anlaşmaqda suçlanıb. 2014-cü ildə «NK News» saytı yazıb ki, Pxenyanda bürosu olan agentlik rəsmiləri 2011-ci ildə Şimali Koreyanın dövlət media təbliğatını yaymağa razılaşıblar. Ancaq agentliyin sözçüsü «The Guardian»a müsahibəsində Şimali Koreya hökumətinin senzurasına məruz qalmadıqlarını söyləyib. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol