• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox edam edən ölkələr - SİYAHI

Ən çox edam edən ölkələr - SİYAHI
06.04.2016 22:22
"Amnesty İnternational” təşkilatı 2015-ci ildə dünyada edam olunmuş insanların sayı ilə bağlı hesabat yayımlayıb.

Modern.az saytı təşkilata istinadən xəbər verir ki, 2015-ci ildə dünyada ən azı 1634 nəfər məhkəmə qərarı ilə edam olunub. Bu, 1989-cu ildən bəri qeydə alınan ən böyük edam sayıdır.

2015-ci ildə rekord sayda edam həyata keçirən ölkələr Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və ABŞ olub.

"Amnesity İnternational"ın məlumatına görə, Çin rəsmiləri edamların sayı barədə məlumatı məxfiləşdirsə də, hökmlərin sayı minlərlə olub. İran Yaxın və Ora Şərq regionunda edamların 82%-ni həyata keçirən ölkədir. Bundan başqa, yetkinlik yaşına çatmayanların edamına görə də İran dünya lideridir.

"Amnesty İnternational” bildirib ki, 2015-ci ildə Madaqaskar, Surinam, Fici və Konqo Respublikası edamdan imtina edib və beləliklə, hüquq sistemində edam nəzərdə tutmayan ölkələrin sayı 100-ü keçib.

Hazırda dünyada 20292 insan həbsxanalarda edam olunacağı günü gözləyir. Belarus Avropada ölüm hökmünü ləğv etməyən yeganə ölkədir. 2015-ci ildə burada 2 ölüm hökmü barədə qərar çıxarılsa da, hökmlərdən heç biri hələ ki icra olunmayıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox