• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanı təhlükəli hesab edən ölkələr - SİYAHI

Rusiyanı təhlükəli hesab edən ölkələr - SİYAHI
06.04.2016 20:42
Amerikanın Qellapa ictimai rəyi öyrənmə institutu müəyyən edib ki, bir çox Şərqi Avropa və postsovet ölkələrinin sakinləri Rusiyanı öz dövlətləri üçün başlıca təhlükə hesab edirlər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, institutun sorğusnun nəticəsi göstərib ki, Polşa vətəndaşlarının 69, Estoniya vətəndaşlarının 58, Rumıniyada yaşayanların 57, Ukrayna əhalisinin 52, Gürcüstanda yaşayanların 48, Litvadakıların 46, Latviya əhalisinin 42, Slovakiyadakıların 17, Moldova vətəndaşlarının 16, Çexiya sakinlərinin 15 və Macarıstandakıların 14 faizi Rusiyanı dünyada bir nömrəli təhlükə hesab edir.

Ümumilkdə Şərqi Avropada rəyi soruşulanların 40, postsovet ölkələrində isə 22 faiz əhalinin  fikrincə, Moskva təhlükəlidir. Avropa İttifaqına üzv olan ölkələrdə rəyi soruşulanların 4 faizi (daha çox Bolqarıstanda – 14 faiz), Rusiyanı çıxmaqla postsovet respublikalarında isə 16 faiz amerikalıları təhlükəıli hesab edir.

Eyni zamanda, rusiyalıların 64 faizi Vaşinqtonu dünya üçün bir nömrəli təhlükə sayır. Belarusda belələri 44, Qazaxıstanda 36 faiz, Qırğızıstanda rəyi soruşulanların üçdə biri qədərdir. ABŞ-da Rusiyadan əhalinin cəmi 14 faizi qorxur. Bununla belə, bəzi xalqlar üçün ən təhlükəli düşmən nə ABŞ, nə də Rusiya deyil. Məsələn, yunanların 39 faizi dünya üçün almanları, makedoniyalılar yunanları (14 faiz) və türkmənlər  Əfqanıstanı (51 faiz) təhlükə hesab edir.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol