• $
  • €
  • ₽
  • ₺
  • £

Dərman istehsal edən qurğu yaradıldı

Dərman istehsal edən qurğu yaradıldı
06.04.2016 18:43
ABŞ-ın Massaçusets Texnoloji Universitetinin əməkdaşları hər gün fasiləsiz çoxlu dərman dozasının istehsalına imkan verən 1×0,7×1,8 metr ölçüsündə qurğu hazırlayıblar. 

O, reaktiv, nasos, sintez modulu (perftoralkoksial və membran separatorlu reaktorlar), çökmə, kristallaşma, filtrasiya və dozalanma tutumlarından ibarətdir. Sintez və təmizləmə prosesində maddələr durmadan borucuqlar sistemi ilə hərəkət etdiyinə görə istehsal fasiləsiz rejimdə davam edir.

"ICTnews” Elektron Xəbər Xidməti "N+1” resursuna istinadən yazır ki, cihazı istənilən dərmanların (yüksək molekulyar biopreparatlar istisna olmaqla) sintezi üçün konfiqurasiya etmək olar. Nümayiş sınağında alimlər onun köməyi ilə ABŞ farmakopeyasının tələblərinə uyğun antigistamin və sedativ difenqidramin preparatını, yerli anesteziya edici və aritmiya əleyhinə lidokaini, diazepam anksioliti və fluoksetin antidepresantinin uğurlu sintezinə nail olublar.

Təsiredici maddədən asılı olaraq birgünlük istehsal yüz dərman məhlulu dozasından min dərman məhlulu dozasınadək  (həb istehsalı modulu hazırlama mərhələsindədir, bu məqsədlər üçün "3D” çapdan istifadə imkanları öyrənilir) təşkil edib. Digər preparatın istehsalı üçün modulların dəyişdirilməsi və təmizləmə və dozalama sistemlərinin yuyulmasına dörd saata yaxın vaxt sərf olunur.

Mütəxəssislərin fikrincə, qurğu hərbi əməliyyat zonalarında (qurğunun hazırlanmasını ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) maliyyələşdirib), ucqar yerlərdə, epidemiya mənbələrində və ayrı-ayrı preparatlara böyük ehtiyac duyan xüsusiləşmiş müalicə müəssisələrində tətbiq oluna bilər. Bundan başqa, portativ əczaçılıq zavodu nadir xəstəliklərin müalicəsi üçün orqan preparatlarının təchizatı ilə bağlı problemləri həll etməyə kömək edəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol