• $
  • €
  • ₽
  • ₺
  • £

Peterburqda psixi xəstələr iki tibb bacısını öldürdü

Peterburqda psixi xəstələr iki tibb bacısını öldürdü
12.04.2016 11:33
Sankt-Peterburqun Dairə hərbi hospitalının psixatriya şöbəsində müalicə alan üç nəfər iki tibb bacısını qətlə yetirərək hadisə yerindən qaçıblar.  

Oxu.Az xəbər verir ki, TASS bu barədə Qərb hərbi dairənin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Dairənin komandanlığı hüquq-mühafizə orqanları əməkdaşları ilə şübhəli şəxslərin axtarışını aparır. 

Hadisə çərşənbə axşamına keçən gecə baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, saat 00:30 radələrində Solovyev adına 442-ci dairə hərbi kliniki hospitalında iki tibb bacısının meyiti aşkarlanıb. 

"Müalicədə olan üç hərbçi itkin düşüb. Onlardan biri Hərbi-kosmik Akademiyanın müdavimidir”, - agentliyin həmsöhbəti deyib. 

Hüquq-mühafizə orqanlarında olan mənbənin "Life78”ə verdiyi məlumata görə, şübhəlilər – sıravi David Ziqanşin və Aleksandr Tomski, eləcə də Hərbi-kosmik Akademiyanın birinci kurs müdavimi Stepan Dasenkodur. Onlar hərbi formadadırlar. 

Hərbçilərin axtarışına Sankt-Peterburq və Leninqrad vilayəti üzrə bütün DİN-in şəxsi heyəti, eləcə də əlavə qüvvələr cəlb edilib. 

Mehmanxanaların, yataqxanaların, icarəyə verilən evlərin, eləcə də vağzalların kütləvi yoxlanışı planlaşdırılır. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol