• $
  • €
  • ₽
  • ₺
  • £

Şahnazaryan: Rusiya əsgərini Qarabağda qurğuşunla qarşılayacaqlar

Şahnazaryan: Rusiya əsgərini Qarabağda qurğuşunla qarşılayacaqlar
26.04.2016 17:30
"Biz işimizi üç istiqamətdə qurmalıyıq”.

Ermənistan diplomatik sferada nə etməlidir? Əlavə edim ki, bu gün, xüsusilə də üzv olduğumuz sturkturlarda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və AİƏİ-də (Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı) müttəfiqimizin olmadığını anlayaraq, müttəfiq tapmaq çox vacibdir.

Hərəkət etməli olduğumuz istiqamət Xaçatur Kokobelyanın təşəbbüsüdür. Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqından çıxma prosesinə başlamaq lazımdır, çünki orada müttəfiqimiz yoxdur. Və sadəcə müttəfiq tapmaq lazım deyil, həm də düşmənlərimizi və onların müttəfiqlərini zərərsizləşdirmək lazımdır. İlk növbədə, bu, Rusiyaya aiddir, biz onunla daima ünsiyyətdə olmaq məcburiyyətindəyik, bu digər rəqiblərə də aiddir – Pakistana, Türkiyəyə, məcburən əlaqə qurmalı olduğumuz digər ölkələr də var.

Oxu.Az xəbər verir ki, bu barədə "1in.am” erməni saytına verdiyi müsahibəsində Ermənistanın xüsus xidmətlərinin sabiq rəhbəri analitik David Şahnazaryan dördgünlük müharibənin yekunlarını şərh edərkən bildirib. 

D.Şahnazrayan Ermənistan üçün acınacaqlı nəticələrə gəlib:

"Biz dəqiq anlamalıyıq ki, biz indi sırf özümüzə güvənməliyik və təkbaşına statusunda olmalıyıq; biz anlamalıyıq ki, hər iki ssenari üzrə müharibə qaçılmazdır. Mən müharibənin qaçılmaz olduğunu söylədim və biz müharibəyə hazırlaşmalıyıq. Bizi üç sahədə iş gözləyir: qısa olaraq dedim diplomatiya, ikinci sahə - hərbidir. Düşünürəm ki, bizim ali komandanlığın tərkibini, generaliteti təzələmək lazımdır”.

Bununla yanaşı, D.Şahnazaryan nəyə görəsə öz ölkəsini işğalçı siyasətinin bədbəxt nəticələrinin səbəbini Rusiyada görür:

"Biz, həmçinin silahlanma məsələmizi də həll etməliyik, mövzud olan natarazlığı artırmaq üçün Rusiya əlindən gələni etdi, bu, əlbəttə, həlledici amil deyil, amma mahiyyəti böyükdür.

Hər üç istiqamət bir-biri ilə əlaqədardır. Üçüncü istiqamət – daxili işlər, iş üsuludur. Ermənistan hakimiyyətinin həm daxili, həm də xarici işdə rəhbər tutduğu təfəkkür, bütün siyasi sahə buna gətirib çıxardı. Nə Rusiya, nə Türkiyə, nə də digər ölkələr biz özümüz dəyişmədikcə dəyişməyəcəklər”.

Müsahibənin sonunda D.Şahnazaryan Rusiya və rusiyalı sülhməramlıların ünvanına açıq təhdidlər edib:

"Düşünürəm ki, Lavrov da, Rusiya silahlıları da və ümumiyyətlə, bütün sülhməramlılar "DQR”da duz-çörəklə deyil, güllə ilə qurğuşunla qarşılayacaqlar. Beləliklə bizim vaxtımız yoxdur, müharibə qaçılmazdır və biz bir olaraq çıxış etməliyik, hakimiyyət nə edəcəyini qərara almalıdır. Keyfiyyəcə dəyişmək lazımdır”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol