• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp və Klinton yenə də qalib oldular

Tramp və Klinton yenə də qalib oldular
27.04.2016 12:14
Respublikaçı Trump ölkənin praymeri keçirilən 5 şimal-şərq ştatlarının hamısında qalib gəlib. Son nəticələrdən sonra Sanders çətin ki, namizəd olsun

Donald Trump ölkənin praymeri keçirilən 5 şimal-şərq ştatlarının hamısında qalib gəlib.

Respublikaçı namizəd, milyarder Trump Pensilvaniya, Merilend, Delaver, Rod Aylend və Konnektikut ştatlarında partiyadaş rəqibləri John Kasich və Ted Cruz-a üstün gələ bilib.

Bu praymerilərin ərəfəsində Cruz və Kasich qarşıdan gələn praymerilərdə Trump-ın qarşısına sipər çəkmək məqsədilə "öhdəliksiz alyans” yaratmaq barədə razılığa gəliblər.

Cruz praymeriləin nəticələrini onlar elan edilməzdən əvvəl rədd edib və İndianada tərəfdarlarının qarşısında etdiyi çıxışında şimal-şərqin Trumpa doğma ərazi olduğunu deyib.

Texaslı senator deyib ki, qarşıdakı praymerilər "daha münbit relyefdə” olacaq.

Tifaq

Müxbirlər yazırlar ki, bu çərşənbə axşamı əldə etdiyi qələbə Trump-ı prezidentliyə namizəd olmaq üçün zəruri olan 1237 nümayəndə məqsədinə xeyli yaxınlaşdırıb.

Çərşənbə axşamı qazanılmalı olan 127 seçki nümayəndəsi nəzərə alınmadan Trump hazırda 845 nümayəndə nəticəsi ilə respublikaçıların yarışına başçılıq edir. Cruz-un 559, Kasich-in isə 148 seçki nümayəndəsi var.

ABŞ mediası yazır ki, praymeri mövsümünün başa çatmasına bir aydan da az vaxt qaldığı bir zamanda Cruz-Kasich alyansının nə dərəcədə səmərəli olacağı sualı açıq qalır.

Əldə olunmuş razılaşmaya əsasən Kasich gələn həftə İndianada keçiriləcək praymeridə Cruz-a qarşı kampaniya aparmayacaq, əvəzində Cruz may və iyun aylarında Oreqon və Nyu Meksiko ştatlarındakı praymerilərdə Kasich-in qələbəsinə mane olmayacaq.

Trump Cruz-Kasich alyansını reallıqda işləməyəcək "tifaq” adlandırıb.

Clinton-un qəti qələbəsi

Donald Trump deyib ki, Kasich riyazi baxımdan 1237 nümayəndə toplaya bilməyəcək və tezliklə Cruz da belə imkandan məhrum olacaq.

Nyu Yorklu milyarder iyulun 18-də Klivlendə keçiriləcək Respublikaçılar Konventinədək 1237 nümayəndənin dəstəyini təmin etməyə can atır.

Cruz və Kasich inandırmağa çalışırlar ki, respublikaçıların namizədi Trump olarsa, o prezident seçkisini demokrat Hillary Clinton-a uduzacaq.

Demokratların praymeri seçkilərində Hillary Clinton Delaver, Merilend və Pensilvaniya ştatlarında qalib gəlib.

Onun rəqibi Bernie Sanders yalnız Rod Aylenddə qalib ola bilib. Buna baxmayaraq, bu çərşənbə axşamının nəticələrindən sonra Sanders çətin ki, Clinton-a üstün gələrək demokratların prezidentliyə namizədi olsun. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol