• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan mövqeyindən geri çəkilir

Ermənistan mövqeyindən geri çəkilir
28.04.2016 11:42
"Ermənistan həmişə Qarabağ münaqişəsinin danışıqlar yolu il həllinin tərəfdarı olub”. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan erməni mətbuatına açıqlaması zamanı bildirib.  

Ermənistan XİN başçısı iddia edib ki, İrəvanın danışıqlar prosesindən çəkilməsi iddiası Azərbaycanın arzusudur.

"Bu, yalandır, Ermənistan heç vaxt danışıqlar prosesini tərk etməyib. Əksinə, biz həmişə münaqişənin sülh yolu ilə həllini dəstəkləmişik”-erməni nazir bildirib.

O qeyd edib ki, Ermənistan heç zaman müxtəlif səviyyəli görüşlərdən imtina etməyib.  

Nalbəndyanın iddiasına görə, əgər hansısa görüş baş tutmayıbsa, bu, "Azərbaycanın günahı səbəbindən” baş verib. Erməni nazir deyib ki, sonuncu belə hadisə Vaşinqtonda olub, hansı ki, Azərbaycan tərəfi hətta həmsədrlərlə də görüşdən imtina edib. Bakıya yönəlik digər ittihamlar da səsləndirən E.Nalbəndyanın iddiasına görə, artıq vaxt çatıb ki, dünya birliyi Azərbaycanı konstruktiv mövqeyə gətirsin.  

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan aprelin 24-də İrəvanda, öz iqamətgahında "Bloomberg” agentliyinə müsahibəsində danışıqlardan imtinasını və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırmadığını elan etmişdi. Erməni prezident "Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”- demişdi.

Qısa müddətdə nə dəyişdi ki, Ermənistan XİN-i prezidentin iradəsinə "zidd” mövqe ortaya qoydu?  

Hər halda ağla gələn iki versiya var: 1.Ermənistanın son döyüşlərdə aldığı sarsıdıcı zərbələr;

2. Rusiya XİN başçısı Sergey Lavrovun 26 apreldə Nalbəndiyana açdığı telelefon zəngi.

Şübhəsiz ki, Moskva İrəvana yeni təlimatlar verib. Görünən budur ki, son iki gecə sarsıdıcı artilleriya zərbələrinə tuş gələn işğalçı ölkə Azərbaycanla döyüş meydanında bacarmadığını anlayıb "danışıqlara davam” qərarı verib.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol