• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada 7 min hektar meşə yanır

Rusiyada 7 min hektar meşə yanır
01.05.2016 10:30
Rusiyada meşə yanğınları davam edir. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, ölkənin Uzaq Şərq hissəsində son bir sutka ərzində 40 yeni yanağın ocağı yaranıb. Alov ümumilikdə 6,9 min hektar ərazini əhatə edir. Rusiyanın Meşə Təsərrüfatı Fondundan verilən məlumata görə, Uzaq Şərq dairəsində iki sutka ərzində 42 yeni meşə yanğını olub.

Ümumilikdə ocaqların sayı 66-dır. Onlardan ən çoxu - 23-ü Amur vilayətininərazisinə düşür. Burada meşə alov meşə fondunun 5 min hektardan çox ərazisini əhatə edir. Xabarovskda 17, Yəhudi muxtar vilayətində 10, Primorskidə 5, Saxa respublikası (Yakutiyada) 5 ocaq var. 

Yanğınların söndürülməsinə ümumilikdə min nəfərdən çox canlı qüvvə, 17-dən artıq texnika, o cümlədən 6 helikopter cəlb edilib. 

May ayının 1-nə olan məlumata görə, 39 ocaqda yanğının qarşısını almaq mümkün olub. 23 yanğının söndürülməsi istiqamətində isə iş davam edir. 
Yanğınlar aprel ayının son ongünlüyündə başlayıb. Onların səbəblərinin nə olduğu isə açıqlanmayıb. 


Tomsk vilayətində isə ağac-oduncaq anbarında yanğın başlayıb. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün 12 saatdan çoxdur ki, mübarizə aparırlar. Yanğın Asino şəhərinin Priçulmsk mikrorayonundadır. 

Ağac məmulatları alovun yayılmasını sürətləndirir. Bunu nəzərə alaraq hadisə yerinə əlavə texniki vasitə və canlı qüvvələr də göndərilib. Son məlumata görə, ərazidə 150-dən çox yanğınsöndürən, 30 texnika çalışır. 

Alov lokallaşdırılsa da, qarşısını tam almaq mümkün olmayıb. Hadisə nəticəsində ölən qeydə alınmayıb. 






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol