• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Avropadakı qoşunlarını gücləndirir

ABŞ Avropadakı qoşunlarını gücləndirir
04.05.2016 15:16
Amerikanın Avropada hərbi iştirakını yaxın günlərdə artırmaq planlaşdırılır.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Foreign Policy” nəşrinə ABŞ silahlı qüvvələrinin Birləşmiş Qəragah rəisləri Komitəsinin (QRK) sədri general Czef Danford bildirib.

Onun sözlərinə görə, söhbət əlavə hərbi birqadanın, eləcə də "kosmik sistemlərin, kibersilah, bombardmançıların, raket əleyhinə müdafiənin” mümkün yerləşdirilməsindən, eləcə də müttəfiqlərin təhlükəsizliyini gücləndirən və "Moskvanın qarşısını almağa” imkan yaradan tədbirlərdən gedir.

Bu ilin fevralında Reuters agentliyi, Pentaqonun  Rusiya, Çin və İŞİD yaraqlılardan irəli gələn təhdidi nəzərə alaraq 2017-ci ildə hərbi xərclərə 600 milyard dolların ayrılmasını istəməsinə dair məlumat yaymışdı.

Ağ Ev hərbi nazirliyin 523,9 milyard dollar həcmində baza büdcəsi yaratmağı planlaşdırır, bu vəsait ölkənin müdafiə qabiliyyətinin dəstəyinə sərf ediləcək. Bu göstərici 2016-cı ilin analoji göstəricisindən 2,5 milyard dollar çoxdur.

Agentlik qeyd edib ki, "Rusiyanın Avropada təzyiqinə” qarşıdurmağa istiqamətlənən maliyyələşdirmənin həcmi dörd dəfə artacaq, ABŞ-ın Avropada hərbi iştirakına sərf edilən vəsaitin 800 milyondan 3,4 milyard dollara qədər artacaq. Xaricdə hərbi və xüsusi əməliyyatların keçirilməsinə sərf edilən vəsaitin həcmi 58,8 milyard dollardan ibarət olacaq.

Daha öncə həmin ayda ABŞ müdafiə naziri Eşton Karter amerikalı hərbçilərin qarşılaşacağı əsas təhdidləri sadalayıb.

O bəyan edib ki, ABŞ hərbi qüvvələrinə dörd ölkə təhdid yaradır, bu Rusiya, Çin, KXDR və İrandır, eləcə də İŞİD terror qruplaşmasıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol