• $
  • €
  • ₽
  • ₺
  • £

Kim nüvə silahından nə vaxt istifadə edəcəyini açıqladı

Kim nüvə silahından nə vaxt istifadə edəcəyini açıqladı
08.05.2016 12:00
Şimali Koreya hökuməti nüvə silahından istifadəyə məhdudiyyət qoyub. ANS PRESS-in məlumatına görə, ölkə rəhbəri Kim Çen In bu barədə açıqlama verib.

Fəhlə Partiyasının 7-ci konqresində çıxışı zamanı Kim Çen In ölkənin suverenliyi təhlükə qarşısında qalmadıqca nüvə silahından istifadə etməyəcəklərini deyib.

Məlumata görə, koreyalı lider əvvəllər düşmənçilik münasibətində olduğu ölkələrlə əlaqələrini normallaşdırmağa çalışacağını da qeyd edib.
Onun sözlərinə görə, xüsusilə, Cənubi Koreya ilə münasibətləri bərpa etmək üçün tərəflər daha çox danışıqlara getməlidirlər.
Bundan əlavə, Kim Çen In qeyd edib ki, Şimali Koreya nüvə silahının yayılmasının qarşısını almağa çalışacaq və dünyada nüvəsizləşmə prosesinin davam etməsi üçün mübarizə aparacaq.

Şimali Koreya 2003-ci ildə Nüvə Silahının Yayılmamasına Dair Müqaviləni tərk etmiş və 2006-cı ildən bəri nüvə sınaqları keçirməyə başlamışdı.
Şimali Koreya xüsusi nüvə başlıqlarına malikdir

Hakim Fəhlə Partiyasının 36 il sonra keçirilən konqresində Kim Çen Inın partiya rəhbəri seçiləcəyi gözlənilir.

Konqresdə, eyni zamanda, digər rəhbər vəzifələrə də yeni təyinatların ola biləcəyi ehtimal edilir.

Şimali Koreya hökuməti son dövrlərdə ballistik raket sınaqları və 4-cü nüvə sınağı ilə beynəlxalq ictimaiyyətin etirazlarına səbəb olmuş və BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyaları daha da möhkəmləndirmişdi.

7-ci partiya konqresində Kim Çen Inın iqtisadi inkişafa dəstəklə yanaşı, nüvə silahı imkanlarının da artırılmasına çağırışlar edcəyi gözlənilir.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol