• $
  • €
  • ₽
  • ₺
  • £

Donald Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır

Donald Tramp Londonun müsəlman meri üçün istisna etməyə hazırdır
10.05.2016 12:56
Tramp müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklifi 2015-ci ilin noyabrında Parisdə baş verən terror hücumlarından sonra irəli sürmüşdü

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa ən real iddiaçı olan Donald Tramp daha əvvəl müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklif irəli sürməsinə baxmayaraq, Londonun yeni meri Sadiq Xana görə istisnaya getməyə hazır olduğunu bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, D.Tramp bu fikri Pakistan mənşəli britaniyalı Sadiq Xanın "Trampın prezident seçiləcəyi təqdirdə, qorxuram, dinimə görə ABŞ-a səfər edə bilməyim" sözlərinə cavab olaraq səsləndirib.

Xatırladaq ki, D.Tramp müsəlmanlara ABŞ-a girişi qadağan etməklə bağlı təklifi 2015-ci ilin noyabrında, Parisdə təxminən 130 nəfərin ölümünə səbəb olan terror hücumlarından sonra irəli sürmüşdü. O zaman bu fikir bir sıra xarici liderlər, həm ABŞ-da, həm də ondan kənarda müsəlman icmalarının kəskin narazılığına səbəb olmuşdu. D.Tramp isə sözlərindən geri çəkilməyərək, bu cür tədbirlərin milli təhlükəsizliyin təmin olunması üçün lazım olduğunu qeyd etmişdi.

Qeyd edək ki, Leyboristlər partiyasından olan Sadiq Xan mayın 5-də Böyük Britaniya paytaxtının meri seçilmişdi. O, həmçinin Avropa ölkələrinin paytaxtında mer olan ilk müsəlman olub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol