• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada İranın 11 generalı öldürülüb

Suriyada İranın 11 generalı öldürülüb
10.05.2016 19:08
Suriyada Bəşər Əsəd rejimini müdafiə etmək üçün 2012-ci ilin payızında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrini, bu il martın 13-dən isə xüsusi təyinatlıları bu ölkəyə göndərən İranın itkiləri artır.

"Anadolu” agentliyinin İran mediasında yer alan xəbərlərə əsasən apardığı araşdırmaya görə, indiyə qədər Suriyada öldürülən İran generallarının sayı 11-ə çatıb.
 
APA-nın verdiyi məlumata görə, İran hərbiçiləri hazırda əsasən, Hələbin cənubunda müxaliflərlə döyüşür. İran Suriyada ilk generallarını keçən ilin noyabr ayında itirib. SEPAH-a bağlı Qüds Qüvvələrinin komandanının köməkçisi general Hüseyn Həmədani Hələbdə, Əbu Zəhra adı ilə tanınan Hac Hamid Muhtarbend və Ferşad Hasunizadə adlı SEPAH generalı Hamada öldürülüb. Korpusun generalları Muhsin Kacariyan və Hasan Ali Şemsabadi də Suriyada öldürülən generallar arasındadır. Ötən dövr ərzində Dəməşq, Hələb və Kuneytra bölgələrində Hasan Şateri, Məhəmməd Semalizade, Abdullah İskenderi, Cabbar Derisavi və Ali Allahdadi adlı generalların da öldürüldüyü barədə İran mediasında məlumatlar yer alıb. Son olaraq ötən cümə günü Han Tumada general Durbin ilə bərabər Qüds Qərargahı komandirlərindən Şefiğ Şefii də daxil olmaqla, 15 İran əsgəri öldürülüb. Bu ilin aprel ayı İranın Suriyada ən çox əsgər itirdiyi aylardan biri kimi diqqət çəkib. İslam İnqilabını Mühafizə Korpusunun polkovniki Maşallah Şemse də daxil olmaqla, apreldə Suriyada 23 İran hərbçisi həyatını itirib.

Mart ayında Suriyaya yollanan İran xüsusi təyinatlıları da apreldə ilk itkilərə məruz qalıb.  Polkovnik Müçteba Zülfikar Neseb də daxil olmaqla, bir neçə zabit öldürülüb. Ümumiyyətlə, İran 2012-ci ildən bu günə qədər Suriyada 1200 hərbi qulluqçusunu itirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol