• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalılar nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləmirlər – SORĞU

Rusiyalılar nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləmirlər – SORĞU
12.05.2016 12:44
Əhalinin 18%-i Qarabağın taleyinin Rusiya üçün heç bir mahiyyət daşımadığını ehtimal edir.

Rusiyalılar ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar.

Oxu.Az "İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində, 1,6 min nəfər arasında keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.

Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar. Məlum olub ki, Rusiya əhalisinin 72%-i bu barədə eşidib. Bu, 2014-cü ilin analoji göstəricisini (45%) əhəmiyyətli dərəcədə üstələyib.

Bu gün rusların 71%-i (2014-cü ildə 57%) münaqişənin sülh yolu ilə həllini mümkün hesab edir.

Bununla yanaşı, əhalinin 15%-i buna inanmır. Neqativ proqnozu əsasən Moskva və Sankt-Peterburq (20%) şəhərlərinin sakinləri, eləcə də qeyri-parlament partiyalarının tərəfdarları (21%) veriblər.

Bu gün 44% hesab edir ki, qan tökülməsinin qarşısını almaq üçün Rusiya bu münaqişədə vasitəçi rolunda çıxış etməlidir. İki il bundan öncə əhalinin dörddə bir hissəsi (25%) bu fikirdə idi.

36% düşünür ki, Rusiya müşahidəçi mövqeyində dayanmalıdır. 2014-cü ildə bu göstərici 60%-ə çatırdı. 

Rusların 4%-i Ermənistan və separatçı "Dağlıq Qarabağ”ın, 2%-i isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir.

Rəyi soruşulanların 1/4-i (26%) Dağlıq Qarabağın "müstəqil” olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür.

Respondentlərin əksəriyyəti (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.

Rusiyalıların 35%-nin fikrincə, Rusiyanın milli maraqlarından çıxış etdikdə, Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi münaqişənin həlli üçün ən yaxşı variantdır.

Rusiyalıların 9%-i Qarabağın Ermənistanın, 6%-i isə Qarabağın Azərbaycanın tərkibində olmasını öz ölkəsinin marağında olacağını hesab edir.

Bununla yanaşı, rusiyalıların 18%-i Dağlıq Qarabağın taleyinin Rusiyanın maraqları üçün heç bir əhəmiyyət kəsb etmədiyini düşünür.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol