• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Banqladeşdəki səfirini geri çağırdı

Türkiyə Banqladeşdəki səfirini geri çağırdı
12.05.2016 20:26
Türkiyə Banqladeşdə "Cemaati İslami” təşkilatının lideri, 73 yaşlı Motiur Rahman Nizaminin edam olunmasına sərt etirazını bildirib.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Banqladeşdəki səfiri Devrim Öztürkü məsləhətləşmələr üçün geri çağırıb. D. Öztürk Ankaraya qayıtdıqdan sonra prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. Səfirin Türkiyədə nə qədər qalacağı bəlli deyil.
 
Türkiyə XİN-in açıqlamasında Banqladeşdə daha əvvəl sənaye və kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Rahman Nizaminin belə bir cəzaya layiq olmadığı bildirilib: "Edamı şiddətlə qınayır, mərhuma Allahdan rəhmət diləyirik. Banqladeşdə edam cəzalarının təxirə salınması üçün bu ölkə rəhbərliyinə dəfələrlə yüksək səviyyələrdə çağırış etmiş, cəzaların həyata keçirilməsinin toplumda yeni gərginliklərə yol açacağı ilə bağlı narahatlığımızı bildirmişdik. Edam cəzasını ləğv etmiş bir ölkə olaraq keçmişin yaralarının bu üsullarla sarılmasının mümkün olmadığını və bunun banqladeşli qardaşlarımız arasında kin və nifrəti körükləyəcəyini hesab edirik”.  
 
Qeyd edək ki, Banqladeşin ən böyük islam partiyasının lideri olan Motuir Rahman Nizami 1971-ci ildə müstəqillik mübarizəsi sırasında Pakistanla əməkdaşlığa gedərək soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunurdu. Üç ayrı cinayətdə suçlanan Nizaminin 480 nəfərin ölümündə rol oynadığı bildirilib. O, xüsusi məhkəmədə mühakimə olunaraq edama məhkum edilib. Xatırladaq ki, 1971-ci ildə Pakistanın şərqi və qərbi arasında başlayan vətəndaş müharibəsi ölkənin parçalanması və Banqladeş dövlətinin qurulması ilə nəticələnib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol