• $
  • €
  • ₽
  • ₺
  • £

Türk ordusu 8 şəhid verdi – YENİLƏNİB

Türk ordusu 8 şəhid verdi – YENİLƏNİB
13.05.2016 11:18
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı terrorçulara qarşı aparılan son döyüşlər barədə məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumata görə, cümə günü yerli vaxtla saat 04:50 radələrində Hakkari əyalətinin Çukurca bölgəsində terrorçularla döyüşdə türk ordusu 6 şəhid verib, daha 8 əsgər yaralanıb.

Terrorçularla mübarizə üçün bölgəyə göndərilən "Kobra” tipli helikopter isə yerli vaxtla saat 05:50-də Çukurca bölgəsində qəzaya uğrayıb.

Baş Qərargahın məlumatına görə, texniki səbəbdən yaranmış qəza nəticəsində iki pilot şəhid olub.

Terrorçulara qarşı mübarizə məqsədilə bölgəyə F-16 qırıcı-bombardmançısı, helikopter eskadrilyası, pilotsuz uçan aparatlar göndərilmiş və hazırkı vaxtadək endirilən zərbələr nəticəsində 6 terrorçu məhv edilib.

Türkiyə ordusunun əməliyyatları davam edir.

10:31

Türkiyənin cənubi-şərqində, Hakkari əyalətində hərbi helikopter qəzaya uğrayıb və iki pilot həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Hakkari əyalətinin Çukurca rayonunda terror əleyhinə əməliyyatda iştirak edən "Kobra” helikopteri saat 6:50 radələrində (Bakı vaxtı ilə) texniki nasazlığa görə qəzaya uğrayıb. Hər iki pilot həlak olub.

Araşdırma aparılır.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol