• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın ən zəngin varisi azərbaycanlıdır

Rusiyanın ən zəngin varisi azərbaycanlıdır
19.05.2016 12:03
"Forbes” jurnalı Rusiya milyarderlərinin ən zəngin varislərinin reytinqini dərc ediblər. Reytinq tərtib edilərkən atanın sərvətindən bir övladın payına düşən pay nəzərə alınıb. Bunun üçün milyarderlərin sərvəti uşaqların sayına bölünürdü.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, siyahıya Yusif Ələkbərov birinci olub.

O, LUKOIL şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğludur, onun payına 8,9 milyard dollar düşür (jurnal onun atasını sərvətini belə qiymətləndirib).

Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə "neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.

2013-cü ildə "Bolşoy dozor” proqramında ("Vedomosti” qəzeti və "Exo Moskvı” radiostansiyasının birgə layihəsi) Vahid Ələkbərov oğlunun Qərbi Sibirdə işlədiyini bildirib.

"O, fəhlə idi, indisə texnoloqdur. O, bu yolu keçəcək, sonra isə öz taleyini özü seçər”, - milyarder deyib.

Ələkbərov oğlunu özünə əvəz hazırlamadığını deyib.

"Mən artıq səhmlərimin, hətta həyatdan getdiyimdən sonra da bölünməz olaraq qalmasının qayğısına qalmışam. Səhmlər paketimin şirkətin sabitliyini uzun illər təmin edəcək və mənim oğlumun onu parçalamaq və ya satmaq hüququ olmayacaq”, - o deyib.

"Forbes”in dəyərləndirmələrinə görə, Rusiyada 77 dollar milyarderi var, onların ümumilikdə 243 övladı var. Reytinqdə ümumilikdə 47 övladı olan 20 milyarder yer alıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol