• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan muzdluları tərk-silah edir

Sarkisyan muzdluları tərk-silah edir
19.05.2016 16:00
"Qarabağda "Yerkrap” muzdluları və erməni əsgərləri arasında qarşıdurma müşahidə edilir”.

Serj Sarkisyan Vyanadan qayıtdıqdan sonra Qarabağa könüllü gedən muzdlulara hazırda qismən sakitçilik olduğu və danışıqların aparıldığı üçün geri qayıtmağı əmr edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Qrapark” qəzeti yazır.

Qəzetin məlumatına görə, artıq dünəndən muzdlular qruplarla Ermənistana qayıdırlar. Aprel döyüşləri zamanı 4400 muzdlu Qarabağa təmas xəttinə yola düşüblər.

1700 muzdlu geyim və silah alaraq ön cəbhədə olub. İndi silahların təhvil-təslim prosesi gedir.

Bununla yanaşı qəzet yazır ki, muzdluların heç də hamısı silahı təhvil verib Qarabağı tərk etmək istəmir. Onlar Sarkisyanın əmrinə tabe olmaqdan boyun qaçırırlar və erməni ordusu tətəfindən itirilmiş mövqelər geri qayıtmayınca, Qarabağda qalacaqlarını bəyan ediblər.

Bütün bu olanlarla yanaşı, Qarabağda "Yerkrap” muzdluları və erməni əsgərləri arasında silahlı toqquşmaya dönə biləcək qarşıdurma müşahidə edilir.

Baş verən qarşıdurmanın səbəbləri haqqında bu yaxınlarda Vaan Badasyan danışıb. Onun sözlərinə görə, aprel döyüşləri zamanı Hadruta gələn "Yerkrap” yarım silahlı qruplaşmanın lideri general Manvel Qriqoryan erməni hərbçilərini təhqir edib.

Manvel Qriqoryan onlarla cipin müşayiəti ilə Hadruta gəlib, onun karvanına yol verməyən erməni hərbçilərinə qəzəblənib. Bu, Qriqoryanın muzdluları ilə erməni əsgərləri arasında qarşıdurmaya səbəb olub.

Bu hadisə Ermənistanda böyük narazıçılığa səbəb olub, amma Qriqoryanın və onun muzdlularının müdafiəsinə münaqişəni aradan qaldırmaq istəyən iqtidar partiyasının nümayəndələri qalxıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol