• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsgəri başından vurdular

Erməni əsgəri başından vurdular
20.05.2016 11:06
Ermənistanda benzin oğurlayan zabitlərlə münaqişə üstündə əsgəri başından vurdular.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni ordusunda benzin oğurluğu faktına dair məlumatının olmadığını bəyan edib.

Oxu.Az "arminfo.am”a istinadən xəbər verir ki, Ohanyan bu barədə bir müddət öncə ölən hərbçi Ovannes Petrosyanın atasının, oğlunun zabitlərin benzin oğurluqlarının qarşısını almaq istədiyi zaman qətlə yetirildiyi iddiasına cavab olaraq deyib.

Nazir vurğulayıb ki, hadisəni araşdırarkən səlahiyyətli orqanlar intihardan qətlə qədər bütün versiyaları nəzərdən keçirəcəklər. Bununla yanaşı, Ohanyan benzin oğurluğu faktına dair məlumatının olmadığını bəyan edib.

2016-cı ilin aprelin 25-də İcevan kəndində yerləşən hərbi hissələrdən birində müddətli xidmətdə olan 18 yaşlı hərbçi Ovannes Petrosyanın başından iki güllə ilə vurulmuş cəsədi aşkar edilib.

Ovannesin cəsədi "QAZ-66” markalı maşında aşkar edilib. Ovannesin atası Vaçik Petrosyan bəyan edib ki, hadisədən bir neçə gün öncə oğlu ona hərbi hissənin zabitləri ilə mübahisəsindən danışıb. Mübahisəyə səbəb isə əsgərin onlara benzin oğurlamağa icazə verməmələri olub.

"Oğurluq hadisələrinin qarşısını almaq üçün Ovannes, ona tapşırılan yanacaqdoldurma məntəqəsini açarla bağlayırdı. Belə ki, mütəmadi olaraq oradan yanacaq oğurlanırdı. Oğlumu zabitlər intiqam almaq üçün öldürüblər. Bunun intihar yox, düşünülmüş qətl olduğundan əminəm. Zabitlərin istəklərinə boyun əyməyən çoxlarının aqibəti belə olurdu. Düşünürəm ki, həmin uşaqların valideynləri məni anlayar”, - o bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol