İŞİD Suriyanın Rakka sakinlərinə şəhəri tərk etməyi qadağan edib

Bununla yanaşı terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər
İŞİD terror qruplaşması özünə "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərinin sakinlərinə bu yaşayış məskənini tərk etməyi qadağan edib.
"Report" xəbər verir ki, bu haqda Sputnik agentliyi şahidlərə istinadən məlumat yayıb.
Terror qruplaşması istənilən tələblə yaşayış məskənini tərk etməyi yasaqlayıb.
Bununla yanaşı, terrorçular öz ailələrini Deyr-əz-Zoraya köçürüblər. Günün ikinci yarısında birinci olaraq Rakkanı əcnəbi muzdurların ailələri tərk edib.
İŞİD silahlıları məhbusları da həbsxanalardan buraxıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















