• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda narazıların həbsi davam edir

Qazaxıstanda narazıların həbsi davam edir
21.05.2016 16:01
Qazaxıstanda mayın 21-də keçirilməli olan böyük etirazlara hazırlıqlar gedir. Bu ərəfədə qazax hökuməti mübahisəli torpaq qanunu ilə bağlı etiraz edən xeyli fəalı saxlayıb.

Fəallar və müxalif siyasətçilər dövlətə məxsus kənd təsərrüfatına yararlı torpaqların satılmasına və ya 25 illiyə əcnəbilərə icarəyə verilməsinə imkan yaradan qanuna etiraz edirlər. Etirazlar ərəfəsində ölkənin ən böyük şəhəri Almatıda, ən azı, daha 5 nəfər saxlanılıb. Saxlanılanlar zorakılıq və yanğın törətməyə hazırlıqda ittiham olunurlar. Onların ikisi mayın 20-də razılaşdırılmamış kütləvi aksiyaya hazırlaşdıqlarına görə 15 günlük həbs edilib.

Dövlət nəzarətində olan KİV-lər etirazların xaricdən «üçüncü qüvvə» tərəfindən hazırlandığını bildirirlər.

«Amnesty International» Qazaxıstan hakimiyyətini etirazlar ərəfəsində tutulan təxminən 30-dək fəalı sərbəst buraxmağa çağırıb. Təşkilat onların çoxunun, sadəcə, planlaşdırılan etiraz aksiyalarında iştirak edəcəklərini sosial şəbəkədə söylədikləri üçün saxlanıldıqlarını bildirir. (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol