• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı

ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı
24.05.2016 12:11
Moskva Amerikanın RC-135 kəşfiyyat təyyarəsinin Yapon dənizi üzərində casusluq uçuşu edərkən Rusiya havadan müdafiə radarlarına düşdüyünü bildirir

Moskvadakı ABŞ səfirliyinin müdafiə məsələləri üzrə attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Rusiya tərəfinin məlumatına görə buna səbəb Amerikanın RC-135 kəşfiyyat təyyarəsinin Yapon dənizi üzərində casusluq uçuşu edərkən Rusiya havadan müdafiə radarlarına düşməsi olub.

Rusiya Müdafiə Nazirliyi təyyarənin Rusiyanın sərhədləri yaxınlığında uçduğunu və bu zaman transponderlərini söndürdüyünü bəyan edib.

Moskva bunu da vurğulayır ki, Amerika təyyarəsinin uçuşu barədə əvvəlcədən aviasiya dispetçerlərinə məlumat verilməyib və kəşfiyyat təyyarəsi mülki aviasiya laynerləri üçün ayrılmış hava dəhlizində uçub.

Rusiyanın Müdafiə Nazirliyi ABŞ pilotlarının hərəkətini "qeyri-peşəkar” adlandırıb və onları sərnişin təyyarələrinə təhlükə yaratamaqda ittiham edib.

İnsidentlər çoxalıb

Moskva bildirib ki, Rusiya aviadispetçerləri ABŞ təyyarəsinin "təhlükəli uçuşuna” görə KLM hava şirkətinin Yaponiyadan Hollandiyaya uçan Boeing-777 təyyarəsinin səmtini dəyişməli olublar.

Rusiya hərbiyyəsinin məlumatına görə həmin dəhlizdə Yaponiyadan İsveçrəyə uçan Swiss Airlines şirkətinə məxsus təyyarənin pilotları yaxınlıqda uçan nəhəng dördmotorlu təyyarəni müşahidə ediblər. Sözü gedən təyyarə pilotun çağırışlarına cavab verməyib. Bu təyyarənin də hündürlük eşelonunu dəyişmək lazım gəlib.

Birləşmiş Ştatlar attaşenin nazirliyə çağırılmasına dair heç bir şərh verməyib.

Son zamanlar hər iki ölkənin hərbi hava texnikası ilə bağlı bir neçə indsident barədə məlumatlar verilib.

Aprelin əvvəllərində mətbuat Amerika hərbiyyəsinə istinadən Rusiyanın Su-24 hərbi təyyarələrinin ABŞ-ın Donald Cook minadaşıyan gəmisi üzərində, təhlükəli məsafədə bir neçə dəfə qıy vurduğu barədə xəbər vermişdi.

Ötən ayın sonlarında Pentaqon Rusiyanın Su-27 qırıcısının Baltik dənizi üzərində ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin təhlükəli yaxınlığında uçduğunu bildirmişdi.

Amerikalılar bu hadisəni "qeyri-peşəkar və təhlükəli əməliyyat” adlandırmışdılar.

Elə həmin insidentdən sonra Rusiya hərbçiləri ABŞ təyyarəsinin söndürülümüş transponderlərlə uçmasına etiraz bildirmişdilər.  (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol