• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Azərbaycana biletlərin satışı 90 faiz artdı

Rusiyadan Azərbaycana biletlərin satışı 90 faiz artdı
25.05.2016 09:59
Rusiyadan Azərbaycana biletlərin satışı 90 faiz artıb.
 
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  "Skyscanner” bilet və otel axtarışı xidmətinin araşdırmasında bildirilir.

Araşdırma çərçivəsində qeyd olunan resurs 260 min rusiyalı səyahətçi arasında sorğu keçirib, həmçinin, xidmətin saytı vasitəsilə aviabiletlərin bronlaşdırılmasını təhlil edib.

Məlumata görə, sifarişlərin əksəriyyəti (52 faiz) Rusiya kurortlarını əhatə edir. Ümumilikdə, cari yay mövsümündə  Rusiya turistlərinin 60 faizinin ölkə daxilində istirahət edəcəyi proqnozlaşdırılır. Keçən il bu göstərici 50 faiz təşkil edib.   

"Skyscanner”in araşdırmasına əsasən, daxili istiqamətlərdən başqa rusiyalı turistlər yaxın xaricə daha çox üz tutmağa başlayıb. Belə ki, ötən illə müqayisədə  Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstanda istirahətə tələbat 31 faiz, Qazaxıstanda – 20 faiz, Ermənistanda isə 16 faiz artıb.  

Uzaq xaric kurortlarından isə rusiyalılar daha çox İspaniya və İtaliyaya üstünlük verirlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol