• $
  • €
  • ₽
  • ₺
  • £

Nadejda Savçenko: “Lazım gəlsə, prezident ola bilərəm”

Nadejda Savçenko: “Lazım gəlsə, prezident ola bilərəm”
27.05.2016 19:50
Mayın 25-də həbsdən azad edilərək Rusiyadan vətənə dönən ukraynalı pilot, Ali Radanın deputatı, "Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Kiyevdə mətbuat konfransı keçirib.
 
APA-nın "zn.ua” və "112.ua” saytına istinadən verdiyi məlumata görə, N. Savçenko istər cəbhədə, istər sülh şəraitində bütün gücünü Ukraynanın müdafiəsi üçün sərf edəcəyini bildirib: "Nə ilə məşğul olmağı planlaşdırıram? Mən uçmağı sevirəm və uçmaq istəyərdim. Lakin Ukrayna üçün harada və necə faydalı olacağamsa, onu edəcəyəm. Fərqi yoxdur, Ukraynanı harada müdafiə edirəm. Əgər burada daha çox şey edə bilərəmsə, burada edəcəyəm. Əgər döyüş meydanında daha çox şey edə bilərəmsə, ora gedib, ilk sıralarda dayanacağam. Əgər mənim prezident olmağın lazımdırsa, yaxşı, mən prezident olacağam”.   
 
Lakin N. Savçenko insanların nəyinsə əvəzində səs verməmək lazım olduğunu öyrəndiklərini güman etmir: "İnanmıram ki, insanlar qarabaşağın əvəzində səs verməmək lazım olduğunu öyrəniblər. Mən prezident olmaq istəmirəm, uçmağı sevirəm. Lakin əgər lazımdırsa, prezident də olaram, başqa bir şey də”.  
 
N. Savçenko deyib ki, Ali Radaya gedəndə ilk işi tribunadan öz plakatını yığışdırmaq olacaq. O, Minsk razılaşmalarını effektiv saymadığın da söyləyib: "Bu razılaşmalar qəbul olunarkən mən həbsxanada idim və televiziyadan izləyirdim. Mən deyə bilmərəm ki, o razılaşmalar effektivdir. Lakin yaxşı ki, onlar ən azı alovu söndürdülər, hansı ki, həmin vaxt çoxlarını ağrıdacaq dərəcədə yanırdı. Buna görə Minsk razılaşmaları sağ olsun”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol