Parisdə qaçqın düşərgəsi salınacaq

Paris meri Ann İdalqo Fransa paytaxtında qaçqın düşərgəsinin yaradılmasının planlaşdırıldığını bildirib.
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, düşərgənin humanitar təşkilatların dəstəyi ilə yaradılması nəzərdə tutulub.
Merin sözlərinə görə, dolanmağa imkanı olmayan qaçqınlar düşərgədə gecə-gündüz qala biləcəklər.
İdalqo əlavə edib ki, meriya hazırda tez bir zamanda salına biləcək düşərgənin yerləşəcəyi məkanı müəyyənləşdirir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















