• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə vegetarianlar “ət hücumuna” məruz qaldı

Tbilisidə vegetarianlar “ət hücumuna” məruz qaldı
01.06.2016 13:39
Gürcüstan paytaxtının mərkəzindəki vegetarian kafesi boğazlarına "sosis zənciri” bağlamış bir qrup xuliqanın hücumuna məruz qalıb.

Gürcüstan paytaxtının mərkəzindəki vegetarian kafesi boğazlarına "sosis zənciri” bağlamış bir qrup xuliqanın hücumuna məruz qalıb.

Bazar günü axşam qeyri-ənənəvi Kiwi Café restoranına hücum edənlər kabab çəkilmiş şişləri burdakıların üstünə tullayıblar.

Kafenin müdiriyyəti hücum edənlərin "antivegetarian ekstremistlər” olduğunu bildirib.

Hücum edənlərlə kafedəkilər arasında əlbəyaxa polis gələnədək davam edib.

Polis bildirib ki, hazırda araşdırma gedir və hər iki tərəfin ifadələri alınır. Bu hadisə ilə bağlı heç kim həbs olunmayıb.

Kafenin işçiləri ictimaiyyəti dəstəyə çağıraraq bildiriblər ki, əslində neo-nasistlərin hücumuna məruz qalıblar.

Xarici xəbər agentliklərinin məlumatına görə hücum edənlər Bergmann adlı qruplaşmanın üzvlərdir və sosial media səhifələrində onların ərəb və Afrika mənşəli adamlara basqınları barədə məlumatlar yayılır.

Fotolardan birində qruplaşma üzvü olduqları deyilən şəxslərin nasistsayağı salamlama jesti etdikləri görünür.

Mədəniyyətlər toqquşması

Kiwi kafesi Tbilisinin qədim və ənənəvi hissəsində olsa da, burada çox sayda qeyri-ənənəvi saç düzümlü və dərilərində döymə rəsmlər olan gəncləri görmək olar.

Hücum motivinin nə olduğu barədə müxtəlif fərziyələr var, lakin hücum edənlərin davranışı onların antivegetarian olduqlarını göstərir.

Bəzi başqa mülahizələrə görə bu adamlar gey və lesbianların üzərinə hücum etmək niyyətindəymişlər.

Siyasi təhlilçilər isə baş verənləri daha geniş miqyasda mədəniyyətlər toqquşması kimi qiymətləndirirlər.

Onlar bildirirlər ki, ölkə əhalisinin əhəmiyyətli hissəsi Avropa İttifaqı və NATO üzvlüyünə can atsa da, Qərb mədəniyyəti ilə bağlı sayılan açıq homoseksuallığı rədd edirlər.

Üç il əvvəl Tbilisdə keçirilən gey-parad, etirazçıların hücumuna görə dayandırılmışdı. Etirazçıların arasında pravoslav din xadimləri də vardı. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol