• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş Türkiyə gözəli “Erdoğanı təhqirə” görə məhkum edildi

Keçmiş Türkiyə gözəli “Erdoğanı təhqirə” görə məhkum edildi
01.06.2016 19:37
27 yaşlı Merve Büyüksarac sosial mediada paylaşdığı postlarla "dövlət xadimini” təhqir etməkdə ittiham olunurdu.

Türkiyə məhkəməsi keçmiş Miss Türkiyəni prezident Recep Tayyip Erdoğanı təhqir etdiyinə görə 14 ay müddətinə şərti həbsxana cəzasına məhkum edib.

27 yaşlı Merve Büyüksarac sosial mediada paylaşdığı postlarla "dövlət xadimini” təhqir etməkdə ittiham olunurdu. O Erdoğanı təhqir etdiyini inkar edib.

Vəkilləri bildiriblər ki, xanım Büyüksarac hökmdən rəsmi qaydada şikayət edəcək və iş daha yüksək məhkəmə instansiyasına veriləcək.

Hazırda insan haqları təşkilatları Türkiyəni, əsas etibarilə prezident Recep Tayyip Erdoğanı ifadə azadlığı üzərinə hücumlarda günahlandırırlar.

Xəbər verilir ki, Erdoğan 2014-cü ildə prezident olandan bəri onun şərəf və ləyaqətinin təhqirinə görə məşhurlar və hətta məktəblilər də daxil 2000 nəfərə qarşı ittihamlar irəli sürülüb.

Növbəti beş ildə Erdoğanı təhqir etməmək

2006-cı ildə Miss Türkiyə adını qazanmış Merve Büyüksarac İnstagram səhifəsində satirik şeir paylaşdığına görə 2014-cü ildə qısa müddətdə həbs edilmişdi.

Türkiyə milli himninə nəzirə kimi yazılmış bu şeir sosial mediada minlərlə dəfə paylaşılmışdı. Lakin prokurorlar bu şeirin o zamanlar baş nazir olan Erdoğanı hədəflədəyi barədə ittiham irəli sürmüşdülər.

Xəbər verilir ki, şərti cəza barədə hökmdə Türkiyə gözəlinə növbəti beş ildə təkrar bu kimi əmələ yol verməmək tapşırılır.

Hazırda model kimi fəaliyyət göstərən Büyüksaracın vəkili Emre Telci Associated Press agentliyinə bildirib ki, bu sayaq "təhqir ittihamları” şablon şəkildə avtomatik tətbiq olunur.

O deyib ki, Merve müəllifi olmadığı materialı paylaşıb və buna görə məsuliyyət daşıya bilməz.

Öz növbəsində Erdoğanın vəkili Hatice Ozay isə deyib ki, bu post sadəcə "təhqir limitlərini” aşıb və onun müştərisinin şəxsi hüquqlarını pozub.

İnsan haqları təşkilatları bildirirlər ki, Erdoğan, şəxsiyyətinin təhqirinə görə ittihamlardan öz tənqidçilərini – jurnalistləri, alimləri və adi vətəndaşları susdurmaq üçün istifadə edir. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Dünya 22:17
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox