• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanından daha bir “qəribə neft xəbəri”

Səudiyyə Ərəbistanından daha bir “qəribə neft xəbəri”
02.06.2016 19:48
Təhlilçilər bildirirlər ki, burada söhbət faktiki olaraq nəinki hasilatın azaldılmasından, heç dondurulmasından da getmir.

The Wall Street Journal qəzeti xəbər verir ki, Səudiyyə Ərəbistanı neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın dondurulmasına razılaşmaq məsələsini nəzərdən keçirir.

Lakin bu razılığın böyük əmmaları var. Birləşmiş Ərəb Əmirlikləri hələ də hasilatın dondurulmasına qarşı çıxır.

The Wall Street Journal bu gün az sonra toplaşacaq OPEC təşkilatı nümayəndələrinə istinadən bunu da bildirir ki, Ər-Riyad qlobal neft hasilatının ümumilikdə yuxarı həddinin günə 32 milyon barreldən 32, 5 milyon barrelə qaldırılması barədə razılıq əldə olunacağı təqdirdə hasilatı dondurmaq barədə düşünəcəyini vəd edir. Başqa sözlərlə, yəni "gəlin əvvəlcə qaldıraq, sonra dondurmaq məsələsinə baxarıq...”

Təhlilçilər bildirirlər ki, burada söhbət faktiki olaraq nəinki hasilatın azaldılmasından, heç dondurulmasından da getmir.

Səudiyyə neft hasilatının dondurulmasını istəyir, lakin bunun başqaları tərəfindən edilməsini arzulayır.

Birləşmiş Ərəb Əmirlikləri isə bəyan edib ki, o neft hasilatının dondurulmasına yalnız İran da belə bir addım atarsa, razılaşacaq.

Halbuki İran və sünni ərəb dünyası arasındakı rəqabət neft yox, siyasi rəqabətdir.

WSJ yazır ki, OPEC üzvləri hələ də neft hasilatının hansı səviyyədə dondurulacağı barədə mübahisə edirlər.

Təhlilçilərin fikrincə, Səudiyyə və başqa iri neft hasilatçıları hasilatın ötən yanvar səviyyəsində saxlanması ehtimalından danışır, halbuki həmin müddətdə də, indi də, hasilat qlobal miqyasda rekord həddindədir.

The Finacial Times yazır ki, neft qiymətlərinin son aylarda yüksəlməsi əsas faktorların dəyişdiyinə görə yox, müxtəlif səbəblər üzündən bir sıra ölkələrin hasilatında qısa fasilələrin yaranmasına görə baş verib.

Və bir də əlbəttə, Səudiyyə və Rusiyadan gələn bu sayaq "qəribə xoş xəbərlərin” sayəsində. (Azadliq.org)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol