• $
  • €
  • ₽
  • ₺
  • £

Açıq havada hərəkət edən nanokompüterlər hazırlanıb

Açıq havada hərəkət edən nanokompüterlər hazırlanıb
03.06.2016 21:47
ABŞ-ın Rays Universitetinin alimləri açıq havada hərəkət edə bilən nanorobotlar hazırlamağa başlayıblar. Texnologiya tibbi məqsədlər daxil olmaqla molekulyar kompüterlərin tətbiqi sahəsini genişləndirməyə imkan verəcək. 

"ICTnews” Elektron Xəbər Xidməti "Naked Science” resursuna istinadən yazır ki, molekullardan hazırlanan nanorobot  proqramlaşdırma vəzifələrinin yerinə yetirilməsi üçün qurğu olmaqla hərəkət etmək, informasiyanı emal etmək və ötürmək, eləcə də surət çıxarmaq imkanları ilə təchiz edilib. Hazırda belə birləşmələrdən istifadə vakuum və temperaturun aşağı olması (təxminən 270° C) ilə məhdudlaşdırılıb.

Universitet nümayəndəsi Ceyms Turun sözlərinə görə, bununla əlaqədar əsas məsələ nanokompüterlərin stabil hərəkətinin təmin edilməsidir. Eksperiment zamanı alimlər robotların təkərlərinin sukeçirməz xüsusiyyətlərini artıraraq onların mobilliyini üst səthi hidrogen peroksidi və polietilenqlikol ilə örtülmüş şüşələrdə sınaqdan keçiriblər.

Bildirilir ki, bu halda təkərlərin hidrofobluq səviyyəsi həlledici rol oynayıb: qeyri-qənaətbəxş göstəriciyə malik nanorobotlar maye axını qarşısında aciz qalmaq riski ilə üzləşib, halbuki hidrofobluğun çox olması onları iflic edə bilərdi.

Sınaqların nəticələrinə görə bütün nanokompüterlər polietilenqlikol səthində yaxşı nəticələr göstəriblər. Lakin onlar hərəkət zamanı strukturun pozulması ilə üzləşiblər. Belə ki, robot molekulları havanın çirklənməsinin təsirinə məruz qalıblar.

Çətinliklərə baxmayaraq ABŞ kimyaçılarının ərsəyə gətirdiyi nanokompüterlər bu payız Fransada keçiriləcək beynəlxalq "NanoCar” yarışmasında qələbə qazanmaq imkanına malikdirlər. Yarışma molekulyar robotların qızıl trekdə elektrik cərəyanı vasitəsilə hərəkət etməsini nəzərdə tutur. Tədbirdə ABŞ-dan başqa Almaniya, Yaponiya, Fransa və Avstriya komandalarının iştirakı gözlənilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol