• $
  • €
  • ₽
  • ₺
  • £

Londunun müsəlman meri: "Builki Ramazan çətin keçəcək"

Londunun müsəlman meri: "Builki Ramazan çətin keçəcək"
07.06.2016 11:41
Londonun yeni meri Sadiq Khan Ramazanın Britaniyada İslamla bağlı şübhələri yox etməsini istəyir.

Ötən ay keçirilmiş seçkilərdə qazandığı qələbəsi və Avropanın əsas şəhərlərindən birinin ilk müsəlman meri olması ilə diqqət mərkəzində olan Khan tolerantlıq və multikulturalizm rəmzi kimi görülməkdədir.

Ancaq Leyboristlər Partiyasından olan siyasətçi təkcə müsəlman kimi yox, həm də londonlu kimi təqdim olunmaq istəyir. Yeni mer "Guardian"da dərc etdirdiyi məqalədə yazır: "Mən özümü müsəlman siyasətçi adlandırmıram. Mən müsəlman sözçüsü, yaxud lideri deyiləm. Buna aydınlıq gətirmək vacibdir, çünki əks halda səni yalnız dini inancına görə təyin edirlər. Bizim hər birimizin çoxlu mənsubiyyətləri var - mən londonluyam, oğul və atayam. City Hall (meriya binası - red.) isə minbər deyil".

O məqalədə həmçinin yazır ki, Ramazan ayı "icmada müəyyən işlər görmək, habelə din ətrafındakı müəmma və şübhələri sındırmaq üçün yaxşı imkandır."

Sadiq Khan deyib ki, o, müqəddəs ay boyunca Londondakı sinaqoqlarda, kilsə və məscidlərdə ənənəvi Ramazan iftar süfrələri açdıracaq.

İslama görə, Ramazanda iftarınızı birlikdə açdığınız adamlar sizə gələn lütf və bərəkəti də sizinlə bölüşmüş olur.

Cənab Khan müasir Britaniyadakı multikulturalizm və müxtəlifliyi tərifləyib və deyib ki, əgər o, uşaqlıqda, 1970-80-ci illərdə hər dəfə adamlara niyə yemək yemədiyini izah etməli olurdusa indi artıq hər şey dəyişib.

O deyib: "İndi 1000 il ərzində ticarət, ideyalar, insanlar və mədəniyyətlərin mübadiləsinə açıq olmuş London kimi kosmopolit bir şəhərdə əksər insanlar ya dostları vasitəsilə, ya da iş yerindən bu ayı oruc tutaraq keçirəcək bir nəfəri tanıyırlar. Tanışlarınızdan onların necə insan olduqlarını soruşun!"

"Kimsə bircə dəqiqəsini sərf edərək sizin əhvalınızla maraqlananda bu böyük fərq yaradır. Mənim dostlarım olub ki, həmrəylik üçün oruc tutublar. Onlar heç də həmişə günün sonuna qədər dözmürlər, ancaq bu. diqqətli bir jestdir."

Mer deyib ki, builki orucluq xüsusilə çətin keçəcək, çünki 19 saat yeməksiz və susuz qalmaq lazımdır.

Buna baxmayaraq cənab Khanın gündəliyi doludur.

"Mənim ramazan üçün gündəliyim ...doludur - AB referendumu yaxınlaşır və mən hətta orucumu tədbir zamanı səhnədə bir stəkan su ilə açmalı olacağam," mer deyib.

O deyib ki, çox zaman Ramazan boyu özünü "miskin" hiss edir, çünki qəhvə içmədən "çoxsaylı darıxdırıcı görüşlərə" getməli olur.

Ancaq cərrahlar, silahlı qüvvələrin üzvləri üçün istisnalar var. Əgər işləri bundan asılıdırsa onlar oruc tutmalı deyillər. Bu, xəstələrə, uşaqlara və hamilə qadınlara da aiddir. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol