• $
  • €
  • ₽
  • ₺
  • £

Hitlerin corabları satışa çıxarılacaq

Hitlerin corabları satışa çıxarılacaq
09.06.2016 23:18
Nürnberq məhkəməsinin qərarı ilə edam edilən jurnalistin asıldığı kəndir də hərraca çıxarılacaq.

Adolf Hitlerin corabları və qalstuku hərraca çıxarılacaq. ANS PRESS-in məlumatına görə, hərrac 18 iyunda Münhendə yerləşən "Hermann Historica" hərrac evində baş tutacaq.

Həmçinin hərracda reyxs-kansleri Herman Görinqin dizlik və dəri ayaqqabıları, Hitlerin həyat yoldaşı Yeva Braunun paltarları,  Nürnberq məhkəməsinin qərarı ilə edam edilən jurnalist Yuliusa Ştrayxerin asıldığı kəndir hərraca çıxarılacaq.

1944-cü ilin iyununda Hiterlə sui-qəsd cəhdindən sonra çəkilən liderin rentgen rəsmi də hərraca çıxarılcaq. Onun ilkin qiyməti 900 avro (1548 manat) təşkil edir. Hərracda Görinqin dizliyinin, eləcə də jurnalistin asıldığı kəndirin başlanğıc qiyməti 500 avroya (860 manat) təklif ediləcək.
 
 
Hitlerin hərraca çıxarılcaq əşyaları
Bütün bu əşyalar amerikali kolleksionçu Con K. Lattimeri keçmiş mülkiyyətidir. O, 2007-ci ilin mayına - ölümünə qədər bütün bu əşyaları toplayıb.

"Hermann Historica" hərrac evinin təsisçisi Volfqanq Hermann vurğulayıb ki, hərrac İkinci Dünya müharibəsi dövrünə aid nadir tapıntılarla maraqlanan muzey və kolleksiyaçılar üçün nəzərdə tutulub. Onun sözlərinə görə, nasist və neonasizm baxışları olan insanlar hərraca buraxılmayacaq.

Yuliusa Ştrayxerin asıldığı kəndir

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol