• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya Avropa Birliyindən çıxsa...

Britaniya Avropa Birliyindən çıxsa...
11.06.2016 14:09
Dünya fond birjaları son 4 ayda ən ağır günlərini yaşayırlar. Onlar Britaniya vətəndaşlarının tezliklə ölkələrinin Avropa Birliyindən çıxmasına səs verəcəklərindən qorxurlar. Məntiqlə bu, qlobal iqtisadiyyatın qarşısında əngələ çevrilə bilər. 

«Brexit» adlandırılan 23 iyun referendumunda britaniyalıların təxmini istəkləri barədə səsvermənin nəticələri məlum olandan sonra iyunun 10-da Şanxaydan Paris və Nyu-Yorka qədər fond indeksləri aşağı düşüb.

Avropanın əsas «FTSEurofirst 300» indeksi son 4 həftədə ən aşağı həddə enib. Eyni zamanda, ABŞ fond indeksləri təxminən 1 faiz düşüb.

Dünya kapitalının MSCI indeksi 1.4 faiz enərək fevraldan bəri özünün ən pis həddini göstərib. Dünya liderləri hesab edirlər ki, Britaniyanın AB-ni tərk etməsi fond bazarlarını sarsıdacaq, ticarətdə iş yerlərinin ixtisarına səbəb olacaq. Bu, ilk növbədə Britaniyanın özünə zərər verməklə yanaşı, bütün qlobal iqtisadiyyatda dalğavarı effektə səbəb olacaq.

«Ən böyük problem ondan ibarətdir ki, bu, əks istiqamətdə hərəkətin birinci addımı olacaq». İyunun 10-da Cenevrədə Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Otmar Issing jurnalistlərə açıqlamasında belə deyib. «Bəzi ölkələrdəki ekstremist partiyalar məhz belə bir vəziyyətin yaranmasını gözləyirlər. Bu da çox çətin nəzarət edilə biləcək dinamikanın yaranmasına səbəb ola bilər»


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol