Co Bayden Trampı tənqid etdi

ABŞ-ın vitse-prezidenti Joe Biden xəbərdarlıq edir ki, respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın antimüsəlman siyasəti əks-təsir yarada, Birləşmiş Ştatların özünə ziyan vura bilər.
"Eşitdiyim ritorika dünyadakı bir milyard 400 milyonluq müsəlmanı radikallaşdıracaq kimi səslənir”, Biden iyunun 20-də Yeni Amerika Təhlükəsizliyi Mərkəzində deyib.
Trump iyunun 19-da biraz da dərinə gedərək təklif edib ki, Birləşmiş Ştatlar ölkədəki müsəlmanlar barədə məlumat toplamağı, onların profilini hazırlamağı nəzərdən keçirməlidir. Daha öncə o, ABŞ-a müsəlmanların mühacirətini müvəqqəti olaraq qadağan etməyi təklif edirdi.
Biden deyib ki, Trump-ın Meksika sərhədi boyunca hasar çəkmək planı Latım Amerikasında nifrət yarada bilər.
"Hasar çəkərək yaxın qonşularımıza sayqısızlıq edəriksə, tezliklə antiamerikanizm qayıda bilər”, Biden deyib. (Azadliq.org)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















