• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yazıçı Aziz Nesinin oğlunu da həbs etdilər

Türkiyədə yazıçı Aziz Nesinin oğlunu da həbs etdilər
21.06.2016 14:00
Sərhədsiz Reportyorlar təşkilatının Türkiyə nümayəndəsi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı Şebnem Korur Fincancı barədə "terror təbliğatı" ittihamı irəli sürülüb

Türkiyədə iki jurnalist və bir alim "terrorçu təbliğat” ittihamı ilə həbs edilib.

Bunlar Sərhədsiz Reportyorlar (Reporters Without Borders- RSF) təşkilatının Türkiyə nümayəndəsi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı Şebnem Korur Fincancıdır.

RSF həbsləri Türkiyə üçün "inanılmaz rəzalət” adlandırıb.

Qərb mediası yazır ki, bu həbslər Avropa İttifaqının Türkiyə üzərinə mətbuat azadlığına görə təzyiqlərinin artdığı vaxta təsadüf edir.

Sözü gedən üç nəfər Türkiyədə kürdyönlü "Özgür Gündem” qəzetinin müdafiə kampaniyasına qoşulduqlarına görə həbs ediliblər.

"Növbətçi redaktor” adlanan bu kampaniyaya qoşulan ümumilikdə 44 jurnalistdən 37-si prokurorluğa ifadə verib.

Daha bir qaranlıq gün

"Bu, Türkiyədə media azadlığı üçün daha bir qaranlıq gündür” - deyib RSF-nin Avropa və Mərkəzi Asiya masasının direktoru Johann Bihr.

Bihr bildirib ki, cənab Önderoğlu Türkiyənin cənub-şərqində gedən döyüşlər və təhlükəsizlik qüvvələrinin öz arasında baş verən toqquşmalar barədə yazdığı üç məqaləyə görə həbs olunub.

Jurnalist və araşdırmaçı Şəbnəm Korur Fincancı Türkiyə İnsan Haqları Fondunun rəhbəridir.

Məşhur jurnalist və yazıçı Ahmet Nesin Azərbaycanda hələ sovet zəmanəsində tanınan və sevilən yazıçı Aziz Nesinin oğludur.

Türkiyə mediası yazır ki, qolları məhkəmə zalında qandallanan Ahmet Nesin hakimlərə, "Xocam, mən buraya hazırlıqlı gəlmişəm. Həbs oluna biləcəyimi bildiyimdən bütün işlərimi yoluna qoyub gəlmişəm” – deyib.

Türkiyədə parlament seçkilərindən əvvəl Ahmet Nesinin kürdyönlü HDP-dən namizəd veriləcəyi barədə xəbərlər yayılsa da, sonradan onun namizədliyi irəli sürülməmişdi. (Azadliq.org)

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol