• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər “3D” printerdə yeni material çap ediblər

Alimlər “3D” printerdə yeni material çap ediblər
22.06.2016 18:46
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri "Cillia” adlı yeni material yaradıblar. Yeni material "3D” printerlərdə keçirilmiş sınaqlar nəticəsində əldə edilib.

"Cillia” materialı görünüşcə xalçaların üzərindəki incə tükcükləri xatırladır, amma bu tükcüklər xüsusi plastikdən hazırlanıb və qalınlığı 50 mikronu ötmür. Belə parametrlər "Cillia” materialının müxtəlif sahələrdə tətbiqinə imkan verir.

"ICTnews” Elektron Xəbər Xidməti "infox.ru” saytına istinadən xəbər verir ki, amerikalı alimlər "Cillia” materialını çap etmək üçün "l33t” adlı "3D” printerdən istifadə ediblər. Onun üçün yazılmış orijinal proqram təminatı  istənilən sayda material çap etməyə və onun ən nazik detallarını (tükcüklərin hündürlüyü, kvadrat santimetr üzrə onların ümumi sayı, həmçinin onların qalınlığı) sazlamağa imkan verir.

"Cillia” materialı bəzi özəlliklərə malikdir. Məsələn, vibrasiyaya qarşı çox həssasdır. Vibrasiyanı idarə etməklə "Cillia” materialını hərəkətverici materiala çevirmək olar: kiçik ölçü və çəkiyə malik istənilən obyekti tükcüklərin üzərinə qoymaq kifayətdir və o, təyin edilmiş istiqamətdə hərəkət edəcək. Bu, sözügedən material üçün istifadə variantlarından biridir.

"Cillia”nın yaradıcıları materialın müxtəlif mühərrik və qurğularda tətbiqini proqnozlaşdırırlar, bundan başqa sözügedən material səsli titrəyişlərə və toxunuşlara çox həssas reaksiya verir ki, bu da plastik tükcüklərin ənənəvi sensor səthlərin əvəzinə istifadəsinə imkan verəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol