• $
  • €
  • ₽
  • ₺
  • £

AB-ni daha bir ölkə tərk edir?

AB-ni daha bir ölkə tərk edir?
27.06.2016 12:00
Avstriyada ultra-mühafizəkar Azadlıq Partiyası Avropa Birliyini tərk edəcəkləri barədə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, Partiyanın lideri Norbert Hofer belə bir bəyanatla çıxış edib. Hofer bildirib ki, əgər Brüssel Böyük Britaniyanın ardınca Avstriyanı da itirmək istəmirsə, mərkəzləşdirmə siyasətindən əl çəkməlidir. Əks halda, Avstriya 1 il ərzində Avropa referendumuna gedəcək.

Hofer ötən ay keçirilən prezident seçkilərində cüzü səs azlığı ilə məğlub olmuşdu. Azadlıq Partiyası mühacirlərin ölkəyə müdaxiləsinə qarşı çıxır. Partiya rəhbərliyi seçkilərin nəticələrini şübhə altına alıb. Partiya qiyabi verilən səslərin qanunsuz olduğunu iddia edir. Faktla bağlı məhkəmə prosesi icra olunur.

Hofer Avropa Birliyini siyasi deyil, iqtisadi təşkilat olmağa çağırıb. "Avropa Birliyini quran atalarımız ölkələrimiz arasında daha sıx iqtisadi əlaqələrin formalaşmasını istəyirdilər, çünki iqtisadi cəhətdən əməkdaşlıq edən ölkələr bir-birilərinə qarşı müharibə etməzlər. Lakin bu, prinsip təkcə siyasi birlik formalaşana qədər mövcud oldu" , - deyə Hofer bildirib.

Böyük Britaniyanın Avropa Birliyini tərk etməklə bağlı qərarı Avropa Birliyinə qarşı çıxan partiya rəhbərləri və populist siyasi lideri analoji addım atmağa daha da cürətləndirib. Eyni zamanda, Fransada Fransa Milli Cəbhəsi partiyası "Freqzit"ə ("France" və "exit" sözlərinin birləşməsindən yaranıb) cəhd göstərir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol