• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbul aeroportunda ölənlərlə bağlı ilk RƏSMİ AÇIQLAMA

İstanbul aeroportunda ölənlərlə bağlı ilk RƏSMİ AÇIQLAMA
29.06.2016 00:10

Ədalət naziri Bəkir Bozdağ bu gün axşam saatlarında İstanbul Atatürk Aeroportunda baş vermiş partlayışla bağlı ilk rəsmi açıqlamasını verib.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, nazır silahlı hücum zamanı ən azı 10 nəfərin həlak olduğunu, 20 nəfərin isə yaralandığını deyib. Onun sözlərinə görə, terrorçulardan biri atəş açıb və daha sonra özünü partladıb.

Reuters-in yaydığı məlumata görə isə, terrorçular X-ray cihazına daxil olmadan öncə özlərini partladıblar. İlkin ehtimallara görə, partlayışı həyata keçirən terrorçular iki nəfər olublar.


 
 
 
 
 
*** 
 
İstanbulda yaralılar taksilərlə daşınır

Atatürk hava limanında baş verən partlayışlarla bağlı yeni xəbərlər yayılıb. ANS PRESS-in məlumatına görə, CNNTürk xəbər verir ki, aeroportda yaralıların sayı o qədər çoxdur ki, təcili yardım maşınları çatdırmır və xəsarət alanlar yaxınlıqda olan taksilərlə xəstəxanalara çatdırılır.

Hürriyet-ə danışan hadisə şahidləri bildiriblər ki, partlayışlardan sonra 50-ə yaxın silah səsi eşidilib. Bundan başqa, partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Onlardan biri hava limanının içərisində, digər isə bayırda olub.

Ərazi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.


 
*** 
 
İstanbul Atatürk Hava Limanında az əvvəl partlayış baş verməsi haqqında xəbərlər dərc olunub.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, Hava Limanında ard-arda iki partlayış səsi müşahidə edilib. Partlayıın xarici xətlər terminalında gerçəkləşdiyi iddia olunur. Son dəqiqə informasiyalarına görə, aeroportda iki ayrı-ayrı yerdə terror hücumu baş verib. Hava Limanına giriş və çıxış bağlanıb. Əraziyə çoxlu sayda polis və təcili yardım maşınları toplanıb.







www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol