• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ən təhlükəli messencer bəlli oldu

Dünyada ən təhlükəli messencer bəlli oldu
29.06.2016 22:39
ABŞ-ın "Gizmodo” nəşri yazır ki, "Telegram” messenceri istifadəçiləri lazımi təhlükəsizlik səviyyəsi ilə təmin etmir.

 İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin fikirlərinə istinad edən nəşr dərhal bu messencerdən istifadəni dayandırmağı tövsiyə edir.
 
Başlanğıc ayar kimi şifrləmənin olmaması

Əsas problemlərdən biri odur ki, "Telegram” messencerində çatlar başlanğıc ayar kimi şifrlənmir. "Şifrlənmiş qoşulma ilə ünsiyyət saxladığını düşünən bir çox "Telegram” istifadəçisi mövcuddur. Amma əslində belə deyil, sözügedən funksiyanı aktivləşdirmək lazımdır" – Amerika Vətəndaş Azadlıqları İttifaqının baş texnoloqu məlumat verib.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən xəbər verir ki, "Telegram” messencerinin yaradıcıları isə bunun əksini iddia edirlər. Messencerin saytında yazılıb ki, adı çəkilən messencer "WhatsApp” qədər təhlükəsizdir. Amma ekspertlərin fikrinə əsasən, "WhatsApp” təhlükəsiz şifrləmə protokolundan istifadə edir, hər bir mesaj və hər bir telefon zəngini şifrləyir.
 
Şəxsi şifrləmə alqoritmi

Ekspertlərin fikrincə, "Telegram”ın yaradıcıları "MTproto” adlı şəxsi şifrləmə protokolunu yaratmaqla böyük səhvə yol veriblər. "Biz bu protokolun təhlükəsizliyi ilə bağlı  hər hansı fikir söyləyə bilmərik. Məhz bu qeyri-müəyyənlik təhlükəsizliklə bağlı problem yaradır. Kriptoqraflar çox vaxt şifrləmə alqoritmlərini bütünlüklə dərc edir. Amma "Telegram”da o gizlədilib. Kifayət qədər təcrübə olmadan, şəxsi şifrləmə alqoritmi yazmaq böyük riskdir. Heç kim "Telegram” komandasının bu addımını anlamır" – Böyük Britaniyada yerləşən Surrey Universitetinin professoru Alan Vudvard deyib.

"Messencerin rəsmi bloquna əsasən, şirkətdə bir neçə parlaq riyaziyyatçı çalışır, onlar kriptoqraf olmasalar da, amma şəxsi şifrləmə alqoritmi yaratmaq üçün kifayət qədər ağıllıdırlar. Mən bu alqoritmdə boşluq olduğunu deyə bilmərəm. Sadəcə belə olmamalıdır" – Cons Hopkins Universitetinin professoru Metyu Qrin bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol