• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dünya Nüvə Sərgisində təmsil olunub

Azərbaycan Dünya Nüvə Sərgisində təmsil olunub
06.07.2016 15:43
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Fransanın Paris şəhərində təşkil olunan Dünya Nüvə Sərgisində iştirak edib.
 
Sərgidə nüvə sənayesinə malik olan ölkələrin təmsilçiləri öz eksponatları ilə iştirak ediblər. Sərgi çərçivəsində nüvə elmləri və texnologiyaları sahələri üzrə mindən çox mütəxəssisin iştirakı ilə müxtəlif mövzular üzrə panel iclasları keçirilib.
         
Sərgini Fransanın İqtisadiyyat, sənaye və rəqəmsal texnologiyalar naziri Emmanuel Makron açıq elan edib. Açılışda energetika, nüvə elmləri üzrə beynəlxalq qurum rəhbərləri mövcud vəziyyət və gələcək inkişaf perspektivləri üzrə məruzələrlə çıxış ediblər.
 
Mütəxəssislər mövcud nüvə reaktorlarının təhlükəsizliyinin, nüvə yanacaq ehtiyatlarının təmini və ekoloji təminatlı nüvə yanacaq istehsal tsikllərinin yaradılması, işlənilmiş yanacaq və tullantıların idarə olunması, istifadə olunmuş yanacaqların tərkibindən Uran-238, Uran-233, Plutonium-239 kimi qiymətli nüvə yanacaq materiallarının ayrılması və istifadə perspektivləri, istifadə müddəti bitmiş energetik reaktorların fəaliyyətinin dayandırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Adil Qəribov tərəfindən Fransanın "AREVA", Rusiyanın "Rosatom" şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Eyni zamanda, Almaniya, Fransa, Yaponiya, Rusiya, Cənubi Koreya mütəxəssisləri ilə nüvə texnologiyaları sahəsində ikitərəfli maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
 
 Tədbir çərçivəsində əldə edilmiş biliklər, aparılan təcrübə mübadiləsi "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin gələcək fəaliyyətində istifadə olunacaq.  
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol