• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqından 263 milyon avroluq investisiya

Avropa İttifaqından 263 milyon avroluq investisiya
16.07.2016 13:21
Bu vəsait enerji infrastrukturuna sərf olunacaq.

Bu gün Avropa İttifaqı Avropa Komissiyasının əsas Avropa enerji infrastruktur layihələrinə 263 mln. avro vəsait ayrılması təklifi barədə razılığa gəlib.

ANN.Az  Report-a istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının rəsmi saytında məlumat yayıb.

Bu vəsaitin böyük hissəsi Baltik dənizi regionunda qaz infrastrukturunun tikintisinə, həmçinin Avropa üzrə elektrik sektoruna yönəldiləcək. Ümumilikdə isə 9 layihə seçilib.

Qaz sektorunda ayrılan qrant Estoniya və Finlandiya arasında ilk ikiyönlü sualtı qaz kəmərinin - Baltikkonnektorun tikintisini əhatə edəcək. Bu layihəyə Avropa İttifaqının maliyyə dəstəyi 187,5 mln. avro olacaq. İnterkonnektorun istifadəyə verilməsi Finlandiyanın vahid qaz təchizatçısından tarixi asılılığına son qoyacaq.

Elektrik sektorunda isə siyahıya Bolqarıstanda Dobruca və Burqaz arasında yeni 100 km uzunluğunda elektrik xəttinin çəkilişi daxildir. Avropa İttifaqı bu layihəni 29,9 mln. avro ilə dəstəkləyəcək.

Layihələri başlamaq üçün lazım olan araşdırmalar da dəstəklənəcək. Siyahıya Baltik ölkələrinin elektrik sisteminin təhlükəsiz və etibarlı istismarı üçün texniki tələblərin müəyyən edilməsinə hazırlıq çalışması da daxildir. Avropa İttifaqı bu işə 125 010 avro ayırır.

Siyahıya Yunanıstanda Nea Messimvria interkonnektoru üçün İlkin Detallı Layihələndirmə (FEED) çalışması da daxil olub. Bu layihəyə Avropa İttifaqının dəstəyinin məbləği 243 250 avrodur. Ölçü və tənzimləyici stansiyası Yunanıstanın təbii qaz nəqli sisteminin tikilməkdə olan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşməsinə kömək edəcək.

Beləliklə, maliyyələşdirmə üçün seçilmiş 9 təklifin 5-i qaz sektorunda (Aİ-nin maliyyə yardımının məbləği 210 mln. avro) və 4-ü elektrik sektorundadır (Aİ-nin maliyyə yardımı 53 mln. avro). 3 layihə tikinti işləri (236 mln. avro) və 6 layihə araşdırmalarla (27 mln. avro) bağlıdır.

Avropa Komissiyası bu ayın sonuna maliyyə yardımı alacaq təkliflərin siyahısını rəsmi olaraq qəbul edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox