• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Silahlı Qüvvələri hərbi çevriliş cəhdinin detallarını açıqlayıb

Türkiyə Silahlı Qüvvələri hərbi çevriliş cəhdinin detallarını açıqlayıb
19.07.2016 17:04

"Report" Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, TSK-nın yaydığı rəsmi məlumatda bildirilir: 

"Bu çevriliş cəhdi hər nə qədər Türkiyə Silahlı Qüvvələrinin bazasında başlanmış olsa da, bunu həyata keçirməyə çalışan satqınların xalqımızın peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrində vətənini, millətini, bayrağını sevən əksəriyyətlə qətiyyən heç bir əlaqəsi yoxdur.
Bu istiqamətdə iyulun 15-də saat 16:00-da Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən verilən məlumat Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, odu generalı Hülusi Akar, Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak, Baş Qərargah rəisinin müavini, ordu generalı Yaşar Güler tərəfindən dəyərləndirilib.

Nəticədə Baş Qərargah rəisi Türkiyə Silahlı Qüvvələri Komandanlığın Hərəkətəkeçmə Mərkəzinin rəhbəri, general-mayor İlhan Kırtıla ölkənin hava məkanında ikinci bir əmrə qədər heç bir hərbi hava nəqliyyatının (təyyarə, helikopter və s.) uçmaması, havada olanların isə dərhal bazalarına qayıtması, Hərbi Hava Qüvvələri Komandanlığına hərbi vasitələrin uçuşlarının, Etimesgutdakı Zirehlı Birliklər Məktəbi və Təhsil Tüməni Komandanlığına tank ve zirehlı vasitələr başda olmaqla bütün hərbi nəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması və heç bir şəkildə bayıra çıxmamaları üçün zəruri tədbirlərin görülməsi barədə əmrlər verib. Eyni zamanda Baş Qərargah rəisinin müavini əmri ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bütün hərbi nəqliyyat vasitələrinin uçuşlarının qarşısının alınması barədə təlimat verilib.

Ancaq bütün bunlara baxmayaraq, içərimizdə şişə çevrilmiş, özlərinə əmanət edilmiş və düşmənə qarşı istifadəsi zəruri olan silahlardan dövlətimizə, silah yoldaşlarına və xalqımıza qarşı yararlanmağa belə tərəddüd göstərməyiblər. Bu qeyri-qanuni dəstəyə mənsub olan terrorçu xainlər (FETO) Baş Qərargah rəisini 2 saylı sənədi imzalaması və televiziyada oxuması üçün təhdid ediblər. Ancaq xainlərin bu tələbləri Baş Qərargahı rəisi tərəfindən təhqiramiz ifadələrlə, sərt etirazla rədd edilib". 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol