• $
  • €
  • ₽
  • ₺
  • £

Kontaktsız elektron termometr bazara çıxarılıb

Kontaktsız elektron termometr bazara çıxarılıb
21.07.2016 20:47
Fransanın "Withings” şirkəti "Thermo” kontaktsız elektron termometrini bazara çıxarıb. Temperaturun təyini üçün qurğunu alın boyunca aparmaq kifayətdir.

"ICTnews” Elektron Xəbər Xidməti "N+1” resursuna istinadən yazır ki, qurğuya ən yüksək temperatur nöqtəsini müəyyənləşdirmək üçün gicgah arteriyasını skan edən və 4 mindən çox ölçmə aparan 16 infraqırmızı ötürücü quraşdırılıb. 

Termometr yaş, simptom və temperaturun dəyişməsi əsasında xəstəliyin müalicəsi üçün məsləhətlər verən mobil proqramla sinxronlaşdırılıb. Boston Uşaq Klinikasının əməkdaşları əlavəyə dərmanlar və onların dozaları barədə informasiya əlavə ediblər.

Səthi gicgah arteriyasının temperaturunu təyin edən termometrlər ölçmə dəqiqliyinə görə rektal və qulaq termometrləri ilə müqayisə edilə bilər. Bundan başqa, onlar daha gigiyenikdir və travma üçün təhlükəli deyil, eləcə də həm oyaq, həm də yatmış insanın temperaturunu ölçməyə imkan verir. 

Ailəvi termometr kimi icad edilən "Thermo” 8 adamın temperaturunun ölçmə tarixçəsini izləyir. İstehsalçı qurğunu temperaturun ölçülməsi üçün ən gigiyenik üsul kimi qələmə verir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol