İran Türkiyəyə tur satışlarını qadağan etdi

İran Türkiyəyə səyahət qadağası tətbiq edib.
Oxu.Az bu barədə "Hürriyet”ə istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Türkiyədə təhlükəsizliyin tam təmin edilməsi və şərtlərin normallaşmasından sonra bu qadağanın aradan qaldırılacağını bildirib.
Bundan öncə isə Türkiyənin Tehran səfirliyi qadağanın bir an öncə aradan qaldırılmasını tələb etmişdi.
Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Tehran rəhbərliyi vətəndaşların təhlükəsizliyini nəzərə alaraq, bu ölkəyə tur satışlarını qadağan edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















